Laçının Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaq
28 may – Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə səfər etdi və Laçın ictimaiyyəti ilə görüşdü. Hər səfərində vəziyyətlə tanış olan ölkə başçısı Laçında da böyük qayıdışa hədəflənən təməlləri atdı. Görüşdə ölkə başçısı bir daha tarixi anlara ekskurs edərək Zəfərimizi şərtləndirən amilləri xatırlatdı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”. Azərbaycanın ötən ay əldə etdiyi strateji əhəmiyyət daşıyan nailiyyətindən danışan Prezident İlham Əliyev bildirdi ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir. Prezident İlham Əliyevin Qarabağa-ötən iki il ərzində işğaldan azad edilmiş rayonlara etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Artıq müharibə tarixdə qalıb, münaqişə həll olunub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərini həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir və qarşıya qoyulan bütün məqsədlər icra ediləcəkdir.
Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi