Analitika

Laçın yolu Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Laçın rayonu meşələrində bir çox dərman əhəmiyyətli kollar – zirinc, sumaq, sarağan, murdarça və s. bitir. Digər yamaclıq ərazilərdə yemişan, əzgil, dovşanalması, doqquzdon, topulqa, qaratikan, qırmızı ardıc, cırtdan ardıc bitir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. 1992-ci il 8 maydan Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Laçın rayonu dekabrın 1-də, 28 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı titanik siyasət nəticəsində bir güllə də belə atılmadan Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il Bəyanata əsasən Azərbaycana qaytarıldı. Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Bu tarixi hadisədir. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Laçın yolu Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Bu yol kimin əlindədirsə, Qarabağ və Zəngəzur ərazilərinə də diktə edən tərəf o olur. Faktiki olaraq, Laçın ərazisi olmadan Ermənistanın Qarabağ ərazisini işğal altında saxlaya bilməsi hərbi cəhətdən sadəcə mümkün deyildir. Məhz bu səbəbdən Ermənistan Laçın yolunu özü üçün vazkeçilməz hesab edir. Əminik ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı titanik siyasət və böyük zəhmət nəticəsində tezliklə Qafqazda ən yüksək ərazidə tikilməkdə olan Laçın Beynəlxalq Hava Limanı, 11,6 km uzunluqda Murovdağ tuneli çəkilib istifadəyə veriləcək, 100 kilometrlərlə avtomobil yolları yenidən bərpa olunacaq, ərazi minalardan təmizlənəcəkdir. Dağ-mədən sənayesinin inkişafı üçün imkanlar açılacaqdır. Laçın rayonu Azərbaycanın ən inkişaf etmiş heyvandarlıq, arıçılıq rayonlarından, ölkəmizin ən dilbər guşələrindən, həm də inkişaf etmiş Beynəlxalq turizm məkanlarından birinə çevriləcəkdir.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button