
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib və 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan xalqı üçün tarixi ədalətin bərpasının simvoludur. Dövlət başçısı həmin gün xalqa belə müraciət etdi: “Bu gün azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonunun azad olunması 30 illik işğala son qoydu və milli qüruru, dövlətin gücünü dünyaya nümayiş etdirdi. Üçtərəfli Bəyanat əsasında 2020-ci ilin dekabrında Laçın Azərbaycana qaytarıldı, 2022-ci ilin avqustunda isə şəhərin və kəndlərin tam nəzarəti təmin edildi.
Hazırda işğaldan azad edilmiş Laçın rayonunda genişmiqyaslı quruculuq işləri aparılır. Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib, Kəlbəcər-Laçın avtomobil yolu və digər infrastruktur layihələri icra olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma torpaqlarına qayıdıb, yeni həyat qurur. Bu gün Laçın həm tarixi qələbənin, həm də ölkənin inkişafının simvoluna çevrilib.
Nigar Cəlalova
Yeni Azərbaycan Partiyasının fəalı