AnalitikaGündəmSiyasət

Konstitusiya və xalq iradəsi: Zəfərin mənəvi təməli

Azərbaycan Respublikasının Konstitusiyası xalq hakimiyyətinin ali ifadəsi olaraq dövlətin əsas dayağıdır. Onun 2-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının suverenliyi onun ərazisinə tam şəkildə şamil olunur.”
44 günlük müharibə bu prinsipin real həyatdakı təsdiqi idi – Azərbaycan dövləti və xalqı öz torpaqları üzərində suverenliyini bərpa etdi.

Müharibə günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşərək “Konstitusiya xalqındır” prinsipini əməli şəkildə nümayiş etdirdi. Cəbhədə döyüşən əsgər, informasiya cəbhəsində çalışan gənc, səhiyyədə, logistikada, diplomatiyada fəaliyyət göstərən hər bir şəxs – hamı dövlətin əsas qanununun müdafiəsində idi.Bu gün Azərbaycan gəncliyi Vətən müharibəsindəki Qələbəni təkcə tarixi hadisə kimi deyil, həm də Konstitusiyanın canlı dərsi kimi qəbul edir.

Gənclərimiz başa düşür ki, dövlətin gücü onun qanunlarına sadiqlikdə və xalqla birliyindədir.
Məhz buna görə 44 günlük Zəfər – həm ordunun, həm xalqın, həm də Konstitusiyanın birləşmiş iradəsinin rəmzidir.44 günlük Vətən müharibəsində qazanılan Zəfər sadəcə hərbi qələbə deyil – Azərbaycan Konstitusiyasının ruhunun, milli birliyin və dövlət suverenliyinin təntənəsidir.

Bu Zəfər bir daha sübut etdi ki, qanunla qorunan ədalət və haqq gec-tez öz yerini tapır.
Bu gün Qarabağ torpaqlarında dalğalanan üçrəngli bayraq – Konstitusiyamızın ədəbi və mənəvi qələbəsinin simvoludur.

Zakir Şahverdi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button