
Avqustun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri işğaldan azad edilmiş torpaqlarda yeni həyatın başlanmasını simvolizə etdi. Açılış və təməlqoyma mərasimlərində iştirak edən dövlət rəhbərləri görülən işlərin miqyasını göstərdi. Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur, bu binalarda 10 mindən çox insan yaşayacaq.
Dövlət başçısı qeyd etdi ki, şəhərə işıq, su, təbii qaz xətləri çəkilib, yollar salınıb, mina təmizləmə işləri aparılıb və yeni məktəblər tikilir. Bu işlər sakinlərin rahat yaşayışı və gələcək inkişaf üçün möhkəm təməl yaradır. Dövlətimizin əsas məqsədi quruculuq və tərəqqi olmaqla, azad edilmiş torpaqları cənnət məkana çevirməkdir.
Eyni zamanda, Prezident İlham Əliyev vurğuladı ki, tarixi faciələr unudulmamalıdır: Xocalı soyqırımı və digər bölgələrdə baş vermiş cinayətlər gələcək nəsillərə öyrədilməlidir. Lakin Azərbaycan döyüş meydanında ədaləti bərpa etdikdən sonra barış və inkişaf yolunu seçib. Bu səfər həm də Azərbaycan xalqının birliyi, dövlətin gücü və yeni inkişaf dövrünün başlanğıcı kimi tarixə yazılacaq.
Yeni Azərbaycan Partiyasının fəalı
Zakir Əliyev