AnalitikaGündəmSiyasət

Kəlbəcərdə Böyük Qayıdışın başlanğıcı və yeni həyatın təməlləri

Avqustun 21-i Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi yadda qalacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərə rayonlarına səfəri çərçivəsində açılış və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayı dövlətimizin gücünü və tarixi torpaqlarımızda yeni həyatın başlanmasını nümayiş etdirir.

Qısa müddətdə görülən işlərin miqyası Kəlbəcər şəhərinə qayıdan sakinlərlə görüşlərdə, onlara evlərin açarlarının təqdim olunmasında aydın şəkildə ifadəsini tapır. Dövlət başçısı bildirdi ki, Kəlbəcər şəhəri artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində şəhərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

İnfrastruktur layihələri də artıq icra edilib: işıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işləri aparılıb. Yeni məktəb tikilir və gələn dərs ilində istifadəyə veriləcək, bu il isə uşaqlar modul tipli məktəbdə oxuyacaqlar. Dövlət başçısı vurğuladı ki, Kəlbəcər artıq canlanır, buraya həyat qayıdır və sakinlər burada rahat yaşayacaqlar.

Tarixi faciələri unutmadan, dövlət başçısı qeyd etdi ki, düşməndən qisas döyüş meydanında alınıb, lakin xalqımız humanizm prinsipini qoruyub. Soyqırımlar və hərbi cinayətlər unudulmamalıdır, lakin sülh və tərəqqi yolundan dönülməməlidir.

Yeni Azərbaycan Partiyasının fəalı
Ramilə Balayeva

Oxşar Xəbərlər

Back to top button