
Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Səfər çərçivəsində Vəng kəndində kiçik su elektrik stansiyalarının, şəhərin mərkəzində isə “Balland – Kəlbəcər balı” mağazasının açılışı oldu. Eyni zamanda, Kəlbəcərdə salınacaq 3 və 4-cü yaşayış komplekslərinin təməli qoyuldu, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolundakı infrastruktur işləri ilə tanışlıq təmin edildi.
Dövlət başçısı görüş zamanı qeyd etdi ki, Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Bu səfərlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərinin əhəmiyyətini nümayiş etdirir və həm də region sakinlərinə stimul verir. Mürəkkəb relyef və işğal dövründə darmadağın edilmiş infrastruktur nəzərə alınaraq, qısa müddət ərzində görülən işlərin miqyası daha aydın görünür.
Kəlbəcər şəhərində inşa edilən yaşayış kompleksləri, yeni məktəblər, modul tipli təhsil müəssisələri, işıq, su və qaz xətləri sakinlərin rahat yaşayışı üçün təmin edilir. Dövlət başçısı vurğuladı ki, azad edilmiş torpaqlarda həyat artıq canlanır və sakinlər burada təhlükəsiz və rahat yaşayacaqlar.
Yeni Azərbaycan Partiyasının fəalı
Turan Zeynalzadə