AnalitikaGündəmSiyasət

Kəlbəcər bərpası və milli həmrəyliyin təcəssümü

Tarixi sahibinə qovuşmuş Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın gücünü və milli birliyini göstərir. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də şəhərə qayıdan sakinlərlə görüşərək onlara evlərin açarını təqdim etdilər. Bu mərasimlər göstərdi ki, görülən işlərin miqyası ölçüyəgəlməzdir və Böyük Qayıdış Proqramı çərçivəsində şəhərdə dörd yaşayış kompleksində 10 mindən çox insan üçün mənzil tikilməsi nəzərdə tutulur.

Dövlət başçısı çıxışında Kəlbəcərin infrastrukturunun yenidən qurulduğunu qeyd etdi: işıq, su, təbii qaz xətləri çəkilib, yollar salınıb, mina təmizləmə işləri aparılıb, məktəblər və modul tipli təhsil müəssisələri istifadəyə verilib. Bu, sakinlərin rahat və təhlükəsiz şəraitdə yaşayışını təmin etmək üçün nəzərdə tutulmuş sistemli və genişmiqyaslı işlərin nümunəsidir.

Eyni zamanda, dövlət başçısı tarixi yaddaşı vurğuladı, düşmənin törətdiyi faciələrin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etdi. Qeyd olundu ki, xalqın böyüklüyü göstərildi: düşmənin bizə etdiyi əməllər cavabsız qalmadı, lakin biz sülh və tərəqqi yolunu seçdik.

Yeni Azərbaycan Partiyasının fəalı
Fatimə Axundzadə

Oxşar Xəbərlər

Back to top button