
Martın 12-də “Gülüstan” sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun öz işinə başlaması dünyanın siyasi çevrələri və beynəlxalq institutların diqqətini yenidən Azərbaycana yönəltdi.Forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Azərbaycan uzun illərdir ki, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayır. Bu baxımdan Bakı qlobal problemlərin müzakirə olunduğu və yeni ideyaların irəli sürüldüyü mühüm mərkəzlərdən birinə çevrilmişdir.
Konfrans müasir dünya üçün olduqca aktual mövzuya həsr olunub. Dünyanın əksər yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı vaxtda beynəlxalq tədbirə dörd yüzə yaxın iştirakçının gəlməsi mükəmməl koordinasiya tələb edir. Uğurla təşkil edilən konfrans dialoq və müzakirə məqsədilə xüsusi platforma yaradılmasının göstəricisi olub, çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin Azərbaycana regionun aparıcı diplomatik mərkəzlərindən ən mühümü kimi göstərdiyi böyük etimadı əks etdirir. Çünki qlobal xaos fonunda təhlükəsiz liman tapmaq beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edir. Bakı şəhəri məhz etibarlı tərəfdaş, sabitliyin zəmanətçisi rolunu inamla oynayır. 2013-cü ildən başlayaraq ənənə halını alan bu tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Son illər dünyada siyasi münaqişə, hərbi qarşıdurma və müharibələrin artdığını nəzərə alsaq, sülh, həmrəylik, təhlükəsizlik və iqtisadi sabitlik məsələlərinin müzakirəyə çıxarıldığı mühüm beynəlxalq platformanın – Qlobal Bakı Forumunun nə qədər vacib olduğu bir daha aydın olar çünki,yeni geostrateji arxitektura formalaşır.
Dünyadakı güc mərkəzləri arasında qütbləşmə maksimum həddə çatıb. Belə şəraitdə ənənəvi diplomatiya alətləri əksər hallarda səmərəsiz olur, beynəlxalq hüququn norma və prinsipləri fərqli hadisələrə məruz qalır.
Azərbaycan suveren dövlətdir, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsasını təşkil edir, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik. dünya dövlətlərinə nadir bir təcrübəyə malik olduğumuzu sübut etdik.
Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq.
Bu kontekstdə regional təhlükəsizlik məsələsinə toxunan Prezident İlham Əliyev dünyaya Azərbaycanın təcrübəsini təqdim etdi. O, bu təcrübənin “dünya miqyasında nadir bir təcrübə” olduğunu diqqətə çəkdi.
Prezident İlham Əliyev Forumda müasir münaqişələr və ənənəvi nəqliyyat marşrutları məsələsi üzərində də xüsusi dayandı. Qeyd etdi ki, münaqişələr bu marşrutların pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Doğrudan da biz hazırda Rusiya ilə Ukrayna arasında, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrə diqqət etsək, dəniz, quru və hava marşrutlarının, mühüm ticarət və logistika yollarının bağlanmasının dünya iqtisadiyyatına necə böyük zərbə vurduğunun şahidi olarıq.
Müasir dövrdə dünya sürətlə dəyişən siyasi, iqtisadi və sosial proseslərin təsiri altındadır. Forumun keçirilməsində mühüm rol oynayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu platformada qlobal təhlükəsizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və regional münaqişələr kimi mühüm məsələlər müzakirə olunur. Belə müzakirələr ölkələr arasında qarşılıqlı etimadın formalaşmasına və ortaq həll yollarının tapılmasına kömək edir.Qlobal problemlər, münaqişələr və müxtəlif maraqlar ölkələr arasında fikir ayrılıqlarının yaranmasına səbəb olur. Belə bir şəraitdə beynəlxalq dialoq və əməkdaşlıq platformalarının rolu xüsusilə artır. Bu baxımdan Azərbaycanın paytaxtında keçirilən Qlobal Bakı Forumudünyada fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platformalardan biridir.
XVIII Qlobal Bakı Forumu müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələrini, siyasətçiləri, alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün geniş imkan yaradır. Forumun əsas mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” ideyası bu gün beynəlxalq münasibətlərdə ən vacib məsələlərdən biridir. Çünki sürətlə dəyişən dünya nizamı dövlətlər arasında daha çox əməkdaşlıq və qarşılıqlı anlayış tələb edir.
XVIII Qlobal Bakı Forumu bir daha göstərir ki, müasir dünyada sabitlik və inkişaf yalnız dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə mümkündür,dünya ölkələri arasında dialoqun gücləndirilməsi, fikir ayrılıqlarının aradan qaldırılması və ortaq gələcək naminə əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə tədbirlər beynəlxalq münasibətlərdə qarşılıqlı anlayışın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Dövlətlər və xalqlar arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün belə beynəlxalq platformaların rolu əvəzsizdir. Bu cür təşəbbüslər qlobal sülhün və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.
E.Əliyev adına 234 nömrəli tam orta ümumtəhsil məktəbi”publik hüquqi şəxs
Tarix müəllimi Babayeva Zenfira



