İstər siyasi, iqtisadi, və ya mədəni məsələlər olsun, Azərbaycan və Türkiyə bir-birinə dəstəyini asanlıqla ifadə edir
Torpaqlarımız düşmən tapdağı altından azad olunandan sonra ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən həmin rayonlarda bir çox mədəni-iqtisadi islahatlara start verildi. Burada həmçinin yenidənqurma işləri və mədəni islahatları qeyd edə bilərik. Burada əzəli mədəni irsimizi qorumaq ən proitet məsələlərdən biri sayılır və dövlət siyasətinin mühüm tərkib hissələrindən ibarətdir.Ölkə başçısı əbəs yerə Şuşamızı mədəniyyət paytaxtı kimi seçməyib. 21 iyul Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilməsi də bir uğurlu hadisə kimi tarixə düşmüş oldu.Media formunda bir çox məsələlərdən söhbət açıldı və ölkə başçısı qardaş ölkə olan Türkiyə ilə də tək regionda deyil dünya arenasında olan iqtisadi siyasi və mədəni əlaqələrin durmadan günü gündən aktiv şəkildə irəliləməsindən danışdı.Çünki tarix boyu bu dostluq qardaşlıq yolu düz xətt boyunca inkişaf edib və hər zaman da bu dəyərləri qoruyub saxlayacaq.Bildiyimiz kimi bugünkü gündə Türkiyə Cumhuriyyəti dünyada öndə gedən ölkələr siyahısındadır.Əsasən də ölkəmiz üçün regionda böyük dəstək rolunu oynayır. Biz çünki bərabər güclü olandan sonra mənfur düşmən də öz çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər. Hal hazirda düşmən ölkənin daxilində separatçı rezanşist meyilli qüvvələrin özlərinə məxsus dırnaqarası ideyaları var.Bizim ayiq sayiq olmağımız isə onların qurduğu məkrli planları alt-üst etməyə qadirdir. Bu formun keçirilməsi və ölkə başçısının çıxışı bir çox ölkələrə siqnal mesajı oldu. Bu tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olundu. Bundan əlavə forum çərçivəsində sosial media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutuldu. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə beynelxalq jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə aparma üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edilmiş oldu. Sonra forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsləri də irəli sürüldü. Həmçinin bunu da qeyd edə bilərik ki,bu günə kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi,mədəniyyət paytaxtı sayılan Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk hadisədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.Ölkəmizdə bildiyimiz kimi sosial medianın rolu durmadan artır,və bunun üçün də sosial media mənsubları yorulmadan çalışır və ölkəmizə,vətənimizə öz töhfəsini layiqincə verir. Həmçinin,ölkə başçısı,cənab prezident İlham Əliyev öz sözlərində qeyd etdiyi kimi Azərbaycanimiz kimi ölkədə insan 24 saat ərzində yüksək səviyyədə çalışmalıdır və istənilən hər hansı bir prosesə ,yaxşı və pis xəbər fərq etməz hər birinə hazır şəkildə olmalıdır.
Eyyub Əliyev,
YAP-ın gənc fəalı