
İspaniyanın “Saraqosa” klubunun akademiyasının üzvü Xorxe Kasado 15 yaşında vəfat edib.
“Aktualinfo.az” verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Komanda qarşıdakı oyunda Xorxe Kasadonun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi planlaşdırıb.



