Analitika

İşğaldan azad olunmuş ərazilərdə qururculuq və bərpa işləri sürətlə aparılır

Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşımız hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə irimiqyaslı bərpa-quruculuq layihələrinə start verdi, Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoyaraq rayonların sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən layihələrin icrasını həyata keçirməyə başladı.

Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad olunmuş ərazilərimiz minalardan və partlamamış hərbi sursatlardan təmizlənməyə başlandı, bununla yanaşı müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində də mühim işlər görülməkdədir.

Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına xidmət edir.Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühim işlər görülüb. Bu ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgəmiz üçün yeni perspektivlər vəd edir. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək üçün əzmlə çalışır. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, bu gün Azərbaycan regionun güclü dövlətidir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsi ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Xalqımız öz tarixi torpaqlarına 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edərək geri qayıdır. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur. Dövlətimiz qısa zaman müddətində zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir.  

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button