Analitika

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin yenidən bərpa olunması işləri intensiv davam edir 

Müasir dövrün  başlıca tələblərindən bəlkə də ən əsası ekoloji tarazlığın təmin edilməsidir. Buna təbii resursların mütəmadi olaraq istifadəsi neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, yenilənəbilən enerji növlərinə, yaşıl enerjiyə üstünlük verilməsi, su ehtiyatlarının daha doğru istifadə istifadəsi, və digər bu kimi məsələlər daxildir. 30 ilə yaxın Ermənistan işğalçıları tərəfindən Azərbaycan ərazilərində qəsdən törədilən hər növ ekoloji çirklənmədən, meşə yanğınları, havanın karbon-dioksidlə zəhərlənməsi və bu kimi halları əsas gətirərək demək olar ki, bu yerlərdə ekoloji sağlam mühitdən danışmaq belə mümkün deyil. Ermənistanın vandalizm siyasəti sadəcə Azərbaycanın deyil, ümumi götürəndə bölgənin ekoloji mühitini təhlükə altına alıb. Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərib. Elə bu səbəbdən Azərbaycan hələ Vətən müharibəsi yekunlaşmamış, Qarabağda ekoloji monitorinqlərin aparılması ilə bağlı təcili addım atdı. Qlobal iqlim dəyişikliyi, torpaqların səhralaşması proseslərini və təmiz içməli su çatışmazlığını nəzərə alsaq, bu gün ekologiya bütün dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Bir müddət öncə işğaldan azad edilən ərazilərdə yeni milli parkların yaradılacağı elan edildi. Artıq bu parkların yerləri müəyyənləşib. Quruculuq-bərpa işləri ilə paralel olaraq, müxtəlif qurumlar tərəfindən monitorinq tədqiqat işləri də davam etdirilir. Belə ki, bu il həmin bölgədə bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası, istismar olunmuş mineral xammal ehtiyatlarına dəymiş ziyanın hesablanması və Ermənistana qarşı müvafiq iddiaların qaldırılması istiqamətində fəal işlər həyata keçiriləcək. Proseslə əlaqədar yerli və xarici təşkilatlarla birgə layihələr planlaşdırılır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button