
Cəmi 44 gün davam edən döyüşlər və qazanılanmöhtəşəm Qələbə Azərbaycan Prezidenti, Ali BaşKomandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmiriradəsi, qüdrətli ordumuzun və xalqımızın milli birliyininsayəsində əldə edildi. Azərbaycan ordusu torpaqlarımızıazad etdikcə bütün dünya erməni vəhşiliyinin şahidi oldu. 30 ilə yaxın davam edən işğal dövründə bütün ərazilərimizerməni vandalları tərəfindən dağıdılıb, şəhər vəkəndlərimiz viran qoyulub. Ağdam, Cəbrayıl, Füzulişəhərlərindən, azad olunmuş digər rayonlardan deməkolar ki, əsər-əlamət qalmayıb.Tarixi abidələrimiz, milli-mədəni, mənəvi dəyərlərimiz məhv edilib. İndi bu ərazilərəsəfər edən xarici ölkələrin nümayəndələri, bütün dünyakənd və şəhərlərimizin xarabalığa çevrilməsini, ermənilərinbarbarlığının, vandallığının, yırtıcılığının və vəhşi qəbiləşüurunun daşıyıcısı olduğunu öz gözləri ilə görürlər.
Artıq bütün dünya erməni vandalizminə şahiddir.Bugün Azərbaycan dövlətinin qarşısında duran məsələ vəvəzifə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər vəkəndlərimizi bərpa etmək, viran qoyulmuş ərazilərə həyatvermək, dirçəltmək və yurd-yuvasından didərgin salınmışvətəndaşlarımızı torpaqlarına qaytarmaqdır. Azərbaycandövləti bunun öhdəsindən gələcək, işğaldan azad edilmişərazilər ölkəmizin ən abad, gözəl guşələrindən birinəçevriləcək. Bunun üçün ölkə rəhbərliyi möhkəm iradəyə, iqtisadi gücə malikdir.
Cənab Prezident İlham Əliyevin son 17 il ərzindəapardığı iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, bugün iqtisadiyyatımız 3 dəfədən çox artmışdır vəAzərbaycan iqtisadi inkişaf səviyyəsinə görə həmregionda, həm də dünyada lider dövlətlərdən biridir. Bubarədə ölkə başçısı cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş, dağıdılmış əraziləriniheç bir xarici dövlətdən maliyyə dəstəyi almadan, heç birbankdan kredit götürmədən öz gücünə bərpa edəcək, bunun üçün ölkəmiz güclü iqtisadiyyata, valyutaehtiyatlarına malikdir. Möhkəm maliyyə imkanlarısayəsində çox keçməyəcək işğaldan azad olunmuştorpaqlarımıza həyat qayıdacaq, ərazilərimiz yenidənçiçəklənəcək və inkişaf etmiş məskənlərdən birinəçevriləcək.Artıq yaşayış məntəqələrinin müasiryanaşmalar əsasında bərpası istiqamətində ilk pilotlayihənin icrasına Zəngilan rayonunun Ağalı kəndindəbaşlanılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bütünQarabağ “Yaşıl enerji” zonası elan edilib. Ümumi yaşayışməntəqələri “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyalarıəsasında bərpa olunacaq. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada ilkin olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Ağdam şəhərininbərpasının Baş Planı da ən yüksək şəhərsalmastandartları nəzərə alınmaqla hazırlanıb. Dövlət başçısınıntapşırığına uyğun olaraq, şəhər 100 min əhali üçünplanlaşdırılıb. Baş Plana istinadən demək olar ki, Ağdamən yaxın perspektivdə Azərbaycanın böyük sənaye, turizmşəhərlərindən birinə çevriləcək. Yeni konsepsiyayaəsasən, şəhər intensiv, müasir bağlarla əhatə olunacaq. Həmin bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik hotellər tikiləcək. Ağdamın bərpası planında“Ağıllı şəhər”in bütün komponentləri nəzərə alınıb. Buradayüksək mərtəbəli binalar tikiləcək, İT şəbəkəsi, turizm vəyaşıllıq zonaları, nəqliyyat və digər infrastruktur sahələrivəhdət halında öz əksini tapacaq. Artıq işğaldan azadedilən ərazilərimizdə olduğu kimi, Ağdamın da həyatındabərpa və quruculuq işləri başlayır. Yaxın zamanlardaermənilərin dağıtdıqları, miras qoyduqları dağıntıların, xarabalıqların yerində rahat yaşayış evlərinə malik olan birşəhər salınacaq. Bütün nəzərdə tutulmuş planlar Baş Planəsasında icra ediləcək və Ağdam şəhəri tamamilə yenidənqurulacaq.
Zaur Qasımov,
YAP fəalı, Hacıqabul rayon Navahı qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


