İqlim dəyişmələri və COP tədbirləri

Bildiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini vermiş və 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpa edilməsi və artırılması, su ehtiyyatlarından və dayanıqlı enerji mənələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Həmçinin işğaldan azad edilmiş bölgələrimiz Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur.
Yaşıl dünya tərəfdarlığı və iqlim dəyişmələri məsələləri arasında güclü bağ əlaqə vardır. İqlim dəyişkənliyi, dünyamızın həyat dəstəyi olan ətraf mühiti dəyişdirir və yaşıl dünya prinsiplərinə uyğun mühafizəsi üçün təhlükələr yaradır. İqlim dəyişkənliyi, atmosferdəki qazların təsiri ilə, o cümlədən insan fəaliyyətləri nəticəsində artan sənaye emisiyaları ilə mühakim olunur. Bu məsələ artıq mübahisənin mərkəzindədir və ciddi mühit problemləri yaradır.
İqlim dəyişikliyinin insan sağlamlığına, əkinlərə və ekosistemin davamlılığına təsiri də böyükdür. Əkinlərə təsir edən yağış rejiminin dəyişməsi, qidalanma problemləri və qidalanma təhlükələri yaradır. Həmçinin, artan istilik və nəfəs almaq çətinlikləri kimi səhhət problemləridə yaranır.
Bu məsələlərə cavab olaraq, bir çox ölkə və beynəlxalq təşkilatlar, məsələni həll etməyə cəhd edir. Paris Sazişləri kimi beynəlxalq anlaşmalar və.s. Həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişkənliyi Konfransı – COP iqlim dəyişikliyi ilə bağlı müzakirələrin aparıldığı ən iri beynəlxalq tədbirdir.
COP tədbirləri, dünyanın daxilində müxtəlif mövzularda iştirakçıları birləşdirən beynəlxalq konfranslar şəklində həyata keçirilir. Bu tədbirlər zaman-zaman “iqlim sammiti” kimi adlandırılır və əsasən iki əsas məqsədi vardır:
- İqlim dəyişikliiyi ilə bağlı siyasi qərarların alıması: COP tədbirlərində iştirakçı ölkələr, iqlim dəyişikliyi ilə mübarizədə daha səmərəli tədbirlərin və həmçinin Paris sazişləri kimi beynəlxalq iqlim müqavilələrinin nəzarət və həyata keçirilməsi üzrə qərarlar qəbul edirlər.
- Nümayəndələrin məlumat mübadiləsi və təcrübə paylaşımı: COP tədbirləri, iştirakçı ölkələr arasında iqlim dəyişikliyi ilə mübarizə ilə əlaqədar məlumat mübadiləsini təşviq edir. İştirakçılar, təcrübələrini və ən yaxşı praktikalarını paylaşaraq digər ölkələrə yardım edir və hər biri öz tədbirlərini inkişaf etdirmək üçün məsləhətlər alır.
Son dövrlərdə, COP tədbirləri daha da əhəmiyyətli hala gəlmişdir, çünki iqlim dəyişikliyi probleminin həll olunması üçün daha ciddi tədbirlərə ehtiyac olduğu anlaşılmışdır. Bu tədbirlər, dünya əhalisinin birgə ətraf mühitə diqqət yetirməsi və qlobal çətinliklərin qarşısının alınması üçün əhəmiyyətli bir vasitədir.
BMT-nin İqlim Dəyişikliyi üzrə növbəti konfrans COP29 Azərbaycanda, Bakıda keçiriəcək. COP29 dünya ictimaiyyətinin dövrümüzün akrual problemlərinin həlli istiqamətində bir araya gəlməsi ölkəmiz üçün də vacib mərhələdir. Həmçinin biz iqlim dəyişikliyinə qarşı cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləməyi özümüz üçün hədəf seçməliyik.
Ələsgərova Aytən,
UNEC İqtisadiyyat və İdarəetmə Ekologiya, 2-ci kurs tələbəsi