İqlim dəyişikliyi hər bir ölkə üçün bir çağırışdır və yalnız davamlı inkişaf ilə irəli addımlamalıyıq

Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb. Milli Məclis müvafiq qanunlar qəbul edib.Görülən işlər nəticəsində ekologiyamızın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Lakin bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməsilə əlaqədar dövlət başçısının müvafiq sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin birinci iclası keçirilib. Ümumiyyətlə, görülən işlər sübur edir ki, dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verəcək.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı