Analitika

İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik

Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Baş verən son hadisələr və Azərbaycanın siyasi gücünün dünya tərəfindən qəbulu təsdiq edir ki, Azərbaycan regionda tək güc və enerji sahibidir. Bu məhz ali baş komandan İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Güclü diplomatik əlaqələr günü gündən güclənir.

Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Çünki sülh tərəfdarı olan Azərbaycan Respublikası demokratiyanın və haqq ədalətin tərəfdarıdır. Biz çox gözəl bilirik ki, Bu müharibə Ermənistanı həm ağır məğlubiyyətə düçar edəcək həmdə onun daxili siyasətini və xarici diplomatik əlaqələrinin tamamilə məhv edəcəkdi. Ona görə məhz sülhlə bu məsələni həll etmək istəyirdik. Təbii ki, öz dədə baba torpaqlarımızdan erməni işğalçılarına çıxartmalı, ərazi bütövlüyümüzü bərpa etməli idik. Bunu müzəffər Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.

Bunu faktlar və sübutlar təsdiq edir ki, Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbiçi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Bu beynəlxalq qaydaların pozulması idi, bir sıra beynəlxalq təşkilatlar bu qaydalara göz yumurdu. Ancaq 44 günlük haqq savaşı və Qarabağda anti lokal terror əməliyyatı nəticəsində bütün separatçı qüvvələr çıxarıldı. Bu tarixi əhəmiyyətli qələbə Azərbaycan Respublikasını regionda tam güc sahibinə çevirdi.

Bəzən bu təccüblü görsənir amma elə deyil, Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Azərbaycan Respublikasının aparmış olduğu məqsədyönlü siyasətin nəticəsidir.

İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz.

Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət edir.

Azərbaycan əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək.

Azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir.

Azərbaycanın Avropada artan rolunu və enerji təhlükəsizliyin təminatında əhəmiyyətini göstərən Prezident İlham Əliyevin ritorik sualı: “Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşulmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik?” Qətiyyətli mövqeyi ilə yolundan dönməyən liderimiz İlham Əliyev hətta

Təəssüf hissi ilə qeyd edir ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Onların yürütdüyü siyasət və Azərbaycana olan münasibəti qəbulolunmazdır. Bu yürüdülən siyasətin qətiyyətlə qınayırıq. Hesab edirəm ki, atılan bu addım Azərbaycan nüfuzunun güclənməsi və energetika sahəsində məhz əldə etmiş olduğu uğurdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, nə olursa olsun, əgər 30 ildən sonra öz dədə baba yurduna qayıdan xalq, müharibədən çıxmış bir dövlət Qarabağda quruculuq işlərini görməsi mütləqdir ki, bəzi popilist çıxış edən şəxsləri və onların havadarlarını narahat etməlidir.

Təbii ki, Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcəyik. Biz bu istiqamətdə müxtəlif tədbirləri reallaşdıracağı. Buna bizim gücümüz də yetər, zaman qarşı səbrimizdə yetər. Əsas məsələ odur ki, regionda ədalətli mühütün yaranmasına nail olaq.

Mina terroru davam edir. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar;

Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta 30 il sonra onlar mina problemini yaşayırlar. Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir.

Cavid Cəfərzadə,
Xəzər rayonu 206 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button