
Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı moderator Adebayo Oqunlesininsuallarını cavablandırıb.
Moderator: Hər kəsin sabahı xeyir olsun. Mən “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçıdirektoru Adebayo Oqunlesiyəm. Zati-aliləri Prezidentlə busəmimi söhbəti aparmaq mənim üçün böyükməmnuniyyətdir. İcazə verin, çıxışıma PrezidentinAzərbaycana rəhbərlik etdiyi son iyirmi ildən artıq müddətərzində əldə etdiyi nailiyyətlər barədə sizə məlumatverməklə başlayım. Bu, həqiqətən də əsl və misilsiz birtransformasiya olub. Təbii ki, gözlənildiyi kimi, mənChatGPT-yə müraciət etdim. OpenAI-ın İdarə Heyətininüzvü olduğum üçün mən “Claude”a deyil, məhz ChatGPT-yə müraciət etməliydim. Bu isə nəticə – ÜDM on dəfəartaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşınadüşən ÜDM səkkiz dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Təqdirəlayiq haldır ki, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollarayüksəlib. Dünən keçirilən görüşdə Prezident dostumuzİsrafilə Dövlət Neft Fondunun aktivlərini 100 milyardaçatdırmaqla bağlı tapşırıq verdi. Əminəm ki, burada olanhər kəs – İsrafil haradadır? – bu hədəfə çatmağınızda sizəkömək etməyə hazırdır.
Qeyri-neft-qaz sektorunun həcmini dörd dəfə yarımartırmaqla iqtisadiyyat genişləndirilib. Nəticədə 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkiledib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. Sözsüz ki, Azərbaycan artıqAvropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısınaçevrilib. Bu, xüsusilə Ukraynadakı müharibə ilə əlaqədarson dərəcə böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, Prezident sizə qaz sektorundakı son yeniliklər, qaz hasilatını daha da artıracaq “Exxon”, “TotalEnergies”, bp və “ADNOC” şirkətləri ilə bağlıyeniliklər haqqında məlumat verəcək.
Azərbaycanda fiziki infrastruktur tamamilə yenilənib. Sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik vəsu təchizatına, dəmir yollarına, məktəb və xəstəxanalarakülli miqdarda vəsait sərf edilib. Bütün bunlar dövlətborcunun ÜDM-ə nisbətinin 22 faizdən 20 faizə endirildiyibir vaxtda həyata keçirilib. Mən dövlət borcunun ÜDM-ə nisbətinin 20 faizə bərabər olmasını istəyən bir çoxölkələrin adını çəkə bilərəm – ABŞ, Fransa, BöyükBritaniya, Yaponiya, Çin.
Siyasi müstəvidə o, Azərbaycanın beynəlxalqsəviyyədə tanınmış əraziləri üzərində nəzarətini bərpaetdi. Bu proses, sözsüz ki, ötən ilin avqustunda Ağ Evdəsülh sazişinin imzalanması ilə nəticələndi. Azərbaycanözünün strateji müstəqilliyini, ABŞ, Avropa və Türkiyə iləgüclü əlaqələrini qoruyub saxladı, Rusiya və Çinləmünasibətlərini davam etdirdi və 2024-cü ildə BakıdaCOP29-a ev sahibliyi etdi.
Beləliklə, təəccüblü deyil ki, Azərbaycan xalqı onaetimad göstərərək beş dəfə prezident seçib və hər dəfə dədaha böyük səs çoxluğu ilə. Əgər azərbaycanlı olsaydım, mən də ona səs verərdim. Odur ki, gəlin, hamımız birlikdəonu alqışlayaq.
Lakin cənab Prezident, necə deyərlər, bunlar keçmişdəolanlardır. Buradakı auditoriya isə Sizin gələcəklə bağlıplanlarınız barədə eşitmək arzusundadır. Beləliklə, gəlin, diqqətimizi gələcəyə yönəldək. Zalda təxminən 30 trilyondollar dəyərində aktivləri idarə edən şəxslər əyləşib. Düşünürəm ki, Prezidentin istəyi daha çox artıma təkanvermək məqsədilə həmin vəsaitin cəmi kiçik bir hissəsininAzərbaycana yönəldilməsidir. Ön sırada əyləşən dostum, “Neuberger Berman” şirkətinin baş icraçı direktoru CorcUolkerlə söhbət edirdik. O bildirdi ki, SOCAR tərəfindənsatışa çıxarılan 30 illik istiqrazlardan külli miqdarda alıb. Deyəsən, Corc məndən soruşmağımı xahiş etdi ki, onundaha 30 il vəzifəsində qalması mümkündürmü? Ammabunun mümkün olub-olmadığına əmin deyiləm.
Cənab Prezident, növbəti onillikdə iqtisadi artımbaxımından Azərbaycanla bağlı baxışınız nədən ibarətdir? Bu artımı təmin edən əsas amillər hansılardır?
Prezident İlham Əliyev: İlk növbədə, bu cür təqdimatagörə sizə çox təşəkkür edirəm. Düşünürəm ki, siz təkcəiqtisadi fəaliyyətimizin bütün parametrlərini deyil, həm dəməsələnin regional aspektlərini əhatə etdiniz. Buna görəsizə çox minnətdaram. İndiyədək görülən işlər, şübhəsizki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistemolmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişafetdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlifsektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətinAzərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldərəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiyacəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadiinkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qazsektorundan kənar sahələrdə olan potensialımızdanistifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeydedərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çoxböyük potensialımız var. Təkcə Xəzər dənizininAzərbaycan sektorunda biz 157 giqavatlıq enerjipotensialına malikik. Bundan əlavə, quruda Günəş vəkülək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbiiqaz istehlakını minimuma endirmək və həmin ehtiyatdanixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzindəAzərbaycanın hər yerində bərpaolunan enerji mənbələriolacaq.
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi, əlbəttə ki, logistika, nəqliyyat və bağlantılardır. Biz fizikiinfrastruktur yaradaraq, investorlar üçün daha anlaşılanbiznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışıolmayan ölkə olduğumuza görə qonşularla birlikdəişləyərək bunun üzərində kifayət qədər uzun müddətçalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi olabilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizatzəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasivəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər.
Yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüzki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün buenerjidən maksimum dərəcədə necə istifadə etmək və onunecə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlaryetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlərüzərində işləyirik, mövcud olanları genişləndiririk vəyenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadiinkişafın mühüm tərkib hissəsi ola bilər.
Cənab Prezident, Sizinlə vaxt keçirmək böyükməmnunluq idi. Bu, həqiqətən də möhtəşəm bir hekayədir. Düşünürəm ki, tarixi kontekst və Sizin bu nailiyyətlərihəmin kontekstdə təqdim etməyiniz əldə olunan nəticələridaha da əhəmiyyətli göstərir. Hazırda investisiyasammitlərinin keçirildiyi bir dövrdəyik. Ötən həftəTorontoda idi. Düşünürəm ki, gələn ay Almaniyada olacaq. Hesab edirəm ki, Siz investisiya sammiti keçirən bütündigər ölkələr üçün də çox yüksək standart müəyyənetdiniz. Təbrik edirəm və Azərbaycana investisiyaqoymağı səbirsizliklə gözləyirik.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini



