Analitika

İkili standartlar siyasətin təzahürü

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb. Fransanın bəzi şəhərlərində Azərbaycana aid sözlər, heykəllər götürülür Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.

Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. Dünyanın bir sıra ölkələrində, xüsusilə də Afrikada nüfuzunu sürətlə itirən Emmanuel Makron hökumətinin Azərbaycandakı “dayaqları” da məhv edildi. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəsə də, alınmadı. Fransa unutmasın ki, Qafqaz Azərbaycanın, Türkiyənin qırmızı xəttidir. Fransanın hətta Ermənistanda kök salması da Azərbaycanın milli maraqlarına təhdid hesab olunmalıdır. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hərəkətləri cavabsız qalmayacaqdı. Fransa hazırda Hindistanla əlbir olaraq Ermənistanı silahlandırmaqla məşğuldur. Azərbaycan dövləti, xüsusi xidmət orqanları onların fəaliyyətini yaxından təqib edir və lazımi məqamlarda cavab tədbirləri görür. ATƏT-in Minsk qrupunun həmsədri kimi uğursuz fəaliyyət göstərən bu ölkə illərlə status-kvonun saxlanması ilə bu münaqişənin uzanmasına çalışıb. Qafqazı münaqişə ocağına çevirməklə buranı təsiri altında saxlamaq istəyən Paris hazırda Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğuldur. Fransa İrəvana silah göndərməklə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. Dəfələrlə Fransanın BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul edilməsi cəhdləri də uğursuzluqla nəticələnib.

Əgər Fransa Azərbaycana qarşı siyasətini yumşaltmasa, təhdidlərə son qoymasa, Bakı digər rıçaqları işə salmaq məcburiyyətində qalacaq: “Ksenofobiya, islamofobiya kimi zərərli kampaniyalar aparmaqla hakimiyyətə gələn E.Makron iqtidarı İslam və Türk dünyasına qarşı revanşist siyasət yürüdür. Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü təmin etməsi Fransa kimi dövlətlərin maraqlarına uyğun gəlmir. Paris Ermənistandan alət kimi istifadə edir.

Fransa birmənalı şəkildə daim Ermənistanın yanında durub və Qarabağda separatizmə dəstək verib. Bu dəstək bu gün də davam edir. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini Paris alqışlamaq əvəzinə, beynəlxalq hüquqa qarşı kampaniya aparır. Bildiyiniz kimi, Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etdi. Hətta Ermənistan dövləti belə, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb. Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti barədə açıq danışması E.Makron hökumətinin anti-Azərbaycan mövqeyi tutmasına və hətta ölkəmizdə casus şəbəkəsi yaratmasına səbəb olub. Təbii ki, bizim də əlimizdə Fransaya qarşı istifadə ediləcək kifayət qədər rıçaqlar var. Fransanın Azərbaycanda kifayət sayda şirkətləri fəaliyyət göstərir, qazanc əldə edirlər. Onlar hər il ölkəmizdən mənfəət götürür, gəlir qazanırlar. Bu qazanclar isə Fransaya göndərilir. Yəni, münasibətləri korlamaq Fransanın nə siyasi, nə də iqtisadı maraqlarına cavab verə bilməz. Düşünürəm ki, E.Makron Azərbaycana qarşı atdığı yanlış addımların fərqinə varacaq və xarici siyasətindəki aqressiya ya müəyyən qədər son qoyacaq.

Əsgərova Fatma,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button