AnalitikaGündəmSiyasət

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın investisiya baxışı və inkişaf prioritetləri

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasını, investisiya mühitinin üstünlüklərini və gələcək hədəflərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Forum Azərbaycanın qlobal iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xarici investisiyaların təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma kimi qiymətləndirilir.

Dövlət başçısı çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən bəhs edərək qeyd etdi ki, ölkəmiz sabit siyasi mühit, əlverişli biznes şəraiti və etibarlı tərəfdaş imici sayəsində beynəlxalq investorların diqqət mərkəzindədir. Prezident İlham Əliyev vurğuladı ki, enerji sektoru Azərbaycanın iqtisadiyyatında mühüm yer tutsa da, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Çıxış zamanı Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol xüsusi qeyd edildi. Dövlət başçısı ölkənin enerji layihələrinin regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyini, yeni investisiya qərarlarının isə enerji potensialının daha da artırılmasına imkan yaradacağını bildirdi. Forum çərçivəsində əldə olunan razılaşmaların Azərbaycanın iqtisadi inkişafına və yeni investisiya axınının təmin edilməsinə mühüm təsir göstərəcəyi vurğulandı.

Prezident İlham Əliyev həmçinin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması, rəqəmsal transformasiya və innovativ texnologiyaların tətbiqi məsələlərinə toxundu. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji mövqeyinin ölkəmizi beynəlxalq ticarət və investisiya marşrutlarının mühüm iştirakçısına çevirdiyi qeyd edildi. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, süni intellekt və müasir texnologiyalar sahəsində yeni layihələrin həyata keçirilməsinin gələcək inkişafın əsas istiqamətlərindən biri olduğu bildirildi.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan investisiyalar üçün etibarlı və perspektivli məkan kimi öz mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar ölkəmizin iqtisadi inkişaf kursunun davamlı olduğunu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb edilməsi istiqamətində məqsədyönlü siyasətin uğurla həyata keçirildiyini göstərir.

Forum çərçivəsində aparılan müzakirələr və əldə olunan nəticələr Azərbaycanın regional iqtisadi liderliyinin daha da güclənməsinə, qeyri-neft sektorunun inkişafına və ölkənin qlobal iqtisadi proseslərdə rolunun artmasına mühüm töhfə verəcəkdir.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button