Analitika

İdman sahəsinə ayrılan xüsusi diqqət ölkəmizin dünyada tanınmasına da müsbət təsir etmişdir

Müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizdə idmanın inkişafı gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi başladı. Burada əsas  məqsəd sağlam ruhlu və sağlam düşüncəli Azərbaycan gəncliyi yetişdirmək idi. İdmana qayğı gənclərin harmonik inkişafına və onların sosial həyatda layiqli yerini tutmasına kömək edir. Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başladı, Nəticədə Azərbaycan güclü idman ölkəsi kimi tanınmağa başladı.

Azərbaycan bu gün bütün sahələrdə tərəqqi, yüksəliş dövrü yaşayır. Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası  onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. Dövlət başçısı İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğı  onları daha böyük qələbələr qazanmağa sövq edir. Bakı ilə yanaşı, rayonlarda da idmanla məşğul olmaq üçün yaradılmış şərait gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın daha da kütləviləşməsinə xidmət edir. Bu sahədə qazanılan parlaq nəticələr ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiq edir. Azərbaycanın idman sahəsində qazandığı böyük uğurlar beynəlxalq idman təşkilatlarının diqqətini cəlb edib. Buna görə də onlar nüfuzlu beynəlxalq turnirlərin keçirilməsi hüququnu tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Son illərdə ölkəmizdə beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur.

Azərbaycan  Prezidenti İlham Əliyevin dediyi kimi: “Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr  xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında.  Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda  Vətənimizi ləyaqətlə təmsil edəcəklər”.

Bu yarışların həm də iqtisadi inkişafımızı da artırır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələri müəyyən edən əsas meyarlardan biri də həmin ölkələrdə idmanın inkişafıdır. Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ilə dünyanın müxtəif yerlərindən gələn rəsmilər və sıravi insanlar ölkəmizdəki sabitliyə və inkişafa şahid olur. Hətta bu yarışlardan sonra ölkəmiz haqqında dünyada müsbət imic formalaşıb. Bunun nəticəsidir ki, son illər həm siyasi, həm də iqtisadi sahələrdə tərəfdaşlarımız artır. Bunun da səbəbi xarici nümayəndələrin ölkəmizdəki təhlükəsiz mühiti, genişmiqyaslı quruluculuq işlərini görməsidir.

Bütün bunlara əsaslanıb demək olar ki, biz qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq. İndi qarşıda daha böyük hədəflər var !

Əli Babazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button