AnalitikaGündəmOrdu

Hüquqi çərçivə və inkişaf edən hərbi sənaye Azərbaycanın güclü ordusunun əsasını təşkil edir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hüquqi statusu və fəaliyyət prinsipləri “Silahlı Qüvvələr haqqında” Qanunla müəyyən edilir. Bu qanun ordu quruculuğunun hüquqi təməlini təşkil etməklə yanaşı, onun inkişaf istiqamətlərini də müəyyən edir. Qanunda əks olunan müddəalar ordunun dövlətin suverenliyinin və ərazi bütövlüyünün təminində əsas rolunu əks etdirir.

Bu qanunun qəbulu Silahlı Qüvvələrin formalaşdırılmasına hüquqi şəffaflıq gətirməklə yanaşı, onların fəaliyyət sahələrini də dəqiq çərçivəyə saldı. Hərbi qulluqçuların hüquqları, vəzifələri, intizam məsələləri, idarəetmə strukturları və mülki nəzarət prinsipləri bu sənədlə tənzimlənir. Beləliklə, orduya hüquqi dayaq və məsuliyyət daşıyan çərçivə yaradılmış olur.

Qanunvericiliyin güclənməsi ilə paralel şəkildə Azərbaycanın hərbi sənaye kompleksi də sürətlə inkişaf etdirildi. 2005-ci ildən etibarən yaradılan yerli müdafiə müəssisələri, ordunun ehtiyaclarına uyğun müasir texnika və silahların istehsalına başladı. Bu, xarici asılılığı azaltmaqla yanaşı, milli təhlükəsizlik sahəsində də müstəqillik qazandırdı.

Azərbaycanın hərbi gücü artıq yalnız silah alıcısı deyil, eyni zamanda istehsalçısı kimi də tanınır. “Silahlı Qüvvələr haqqında” Qanunla hüquqi baza qurulmuş, hərbi sənaye kompleksi ilə isə maddi əsas təmin edilmişdir. Bu ikili sistem Azərbaycanın güclü və dayanıqlı ordu siyasətinin təməl sütunlarını təşkil edir

Ağadadaş Həsənalıyev
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button