AnalitikaGündəmSiyasət

Holokost soyqırımına bənzəyən Xocalı faciəsi

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı faciəsi Varfolomey gecəsindən də dəhşətli, ondan da müdhiş, ağrılı və acılıdır. Xocalının faciə gecəsi elə bir dəhşətli gecədir ki, onu yalnız soyqırım hesab etmək olar. Soyqırım deyirəm ona görə ki, ya’ni bundan dəhşətlisi yoxdur. Bu dəhşət əliyalın, günahsız camaata qarşı çevrilmişdi. Bu tək Xocalıya qarşı deyil, bütün türk dünyasına qarşı genosid idi. Bu həm də təkcə ermənilərlə bağlı olmayıb, türkçülüyə qarşı bütün ermənipərəst millətlərin birgə marafonu idi.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qaniçənləri ilə birlikdə keçmiş “şanlı” Sovet Ordusunun 366-cı alayının tankları Xocalıya hücum edərək türk dünyasına qarşı düşmən simalarını bir daha göstərdi. Tarix belə vəhşilik, belə dəhşət görməmişdi. Ermənilər dinc əhalini, gəlini, qızı, qocanı, körpəni gülləyə tutur, qanına qəltan edir; körpə uşaqları süngüləyir, hamilə qadınların qarnını deşir, ən ağlasığmaz vəhşilik və barbarlıqdan çəkinmirdilər. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində en ağrılı bir göynərti, ən müdhiş bir yaradır. Bu faciə bizim qan yaddaşımız, can yaddaşımızdır.

Holokost zamanı yəhudi əhalisi xüsusi düşərgələrdə kütləvi şəkildə məhv edilirdi, Xocalıda isə soyqırım yerindəcə, heç bir hərbi zərurət olmadan həyata keçirildi. Xocalı sakinləri təkcə güllələnməklə deyil, diri-diri yandırılaraq, başları kəsilərək, işgəncələrə məruz qalaraq öldürüldülər. Bütün bunlar Xocalı soyqırımının insanlıq tarixində ən qəddar cinayətlərdən biri olduğunu göstərir.

Soyqırımların qarşısının alınması üçün Holokost və Xocalı kimi hadisələr heç vaxt unudulmamalıdır. Tarixin dərsləri unudulduqda, belə faciələrin təkrarlanmaq ehtimalı artır. Dünya ictimaiyyəti Xocalı soyqırımını tanımalı və bu cür hadisələrin gələcəkdə baş verməməsi üçün müvafiq addımlar atmalıdır. Əks halda, bəşəriyyət tarixdə eyni səhvləri təkrar etməyə davam edəcək.

Xocalı indi azaddır. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Bu şəhər öz doğma sakinləri ilə yenidən quruldu. İşğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış Azərbaycan xalqının sabahına açılan əbədi günəşdir. Prezident İlham Əliyevin qüdrətinin, düşmənin başı üzərində olan dəmir yumruğunun gücüdür.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button