Heydər Əliyev – Maesro Niyaziyə qayğısı
Heydər Əliyev xalqımızın dərinköklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi.
Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev zəngin ensiklopedik biliyə malik olan dahi şəxsiyyət idi. O, musiqini çox sevir, bu sənətin sirlərini dərindən bilirdi. Görkəmli musiqiçilərlə yaxın ünsiyyəti vardı və münasibətlər musiqi sənətinin inkişafına xidmət edirdi. Maestro Niyazi ilə dostluğu bir çox layihələrin həyata keçməsində mühüm rol oynamışdı.
Ulu Öndərin təşəbbüsü ilə maestro Niyazi hər ayın cümə günləri Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil ediridi. Bu konsertlərin ən böyük əhəmiyyəti təbliğat xarakteri daşıması, yəni insanların klassik musiqi ilə maariflənməsi idi.
Həmin musiqi axşamlarında o vaxt Mərkəzi Komitənin bütün üzvləri, bəstəkarlar, musiqişünaslar və digər peşə, elm sahibləri iştirak edirdilər.
Azərbaycan musiqi mədəniyyəti tarixində maestro Niyazinin qoyduğu izlər hər zaman yaşayır. Niyazi Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri kimi fəaliyyət göstərib, böyük musiqiçi ordusu yetişdirib, yüzlərlə bəstəkarın əsərinə nəfəs verib.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır.Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürən Niyazi gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, ən məşhur əsərini – “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Niyazi yaradıcılığına, şəxsiyyətinə Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin də böyük qayğı və diqqətlə yanaşdığı bəllidir. Niyazi sənətini yüksək qiymətləndirən Heydər Əliyev böyük sənətkarın 90 illik yubileyi ilə bağlı tarixi sərəncam verdi və bu sərəncam indi də xatırlanır, onu sənətə verilən ən yüksək dəyərlərdən biri adlandırmaq olar. HeydəƏliyevin sərəncamı ilə onun yubileyi də keçirildi, sağlığında yaşadığı ünvanına xatirə lövhəsi vuruldu.
Bəstakar və dirijor Niyazinin ev -müzeyinin açlışında Ulu Öndər Heydər Əliyev söyləmişdir: “Azərbaycan xalqı qarsısında Niyazinin əvəzsiz xidmətləri vardır.O,Azərbaycan profesional musiqisinin yaranmasında və inkişafïnda böyük səylər göstərmiş və bu xidmətləri xalqımız unutmayacaq.”
Mətanət Cəfərova
YAP – fəalı