MaraqlıSosial

“Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” layihəsi çərçivəsində yekun tədbir keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” adlı layihə üzrə yekun tədbir Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında təşkil olunub.

Aktualinfo.az xəbər verir ki, tədbirdə Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Yeni Azərbaycan Partiyasının veteranı, 1993-cü ildən YAP üzvü olan neftçi-mühəndis Edilman Məmmədov, YAP Nizami rayon təşkilatının nümayəndələri, layihə rəhbəri Mürsəl Bəkirli və gənclər iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunun formalaşmasında və milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsindəki müstəsna rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu zəngin irsin gənc nəslə aşılanması “Konstitusiya və Suverenlik İli” çərçivəsində xüsusi əhəmiyyət daşıyır.

Tədbir interaktiv müzakirələr şəraitində davam edib, gənclərin sualları cavablandırılıb, hüquqi və vətənpərvərlik mövzularında faydalı fikir mübadiləsi aparılıb.

Sonda layihə çərçivəsində tədbirdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Tədbir xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb. #AzGF #Gencler

Oxşar Xəbərlər

Back to top button