Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyevin məhz tarixi zəfərimizin tacı olan Şuşadan xalqa müraciət etməsinin böyük rəmzi mənası var. ”Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Ümummilli Liderin Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardığını vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”. Prezident İlham Əliyev Ulu Öndərin əsası qoydu strateji kurs uğurla davam etdirərək Azərbaycanı iqtisadi və siyasi müstəqilliyə qovuşdurdu. Ölkədə milli həmrəylik və birlik formalaşdı və hamı Ali Baş Komandanın Dəmir yumruğuna çevrildi . Beləliklə 8 noyabr 2020-ci ildə Müzəffər Ordumuz döyüş meydanında qalib gələrək bayrağımızı Şuşaya sancmaqla Ümummilli Lider Heydər Əliyevin arzusunu və ata nəsihətini icra etmiş oldu. Müharibənin başa çatdığı 2,5 ildə işğaldan azad olunmuş ərazilər tikinti meydançasına çevrildi. Şəhərlərin və kəndlərin Baş Planları təsdiq olunaraq təməllər atıldı. İnrastrukturun yenidən tikilməsi istiqamətində meqa layihələr icra olunur. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə son səfəri çərçivəsində çoxlu layihələrin təməlləri atıldı və açılışları edildi. 10 kəndin təməlləri qoyuldu. Şuşa şəhərində yeni küçələr açıldı, yaşayış massivləri tikilir, tarixi abidələr istifadəyə verildi. Ümumi şəkildə qeyd etmək istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin 100 iillik yubileyini işğaldan azad olunmuş ərazilərimiz yeni simada, azad və inkişaf edən region kimi qeyd edir. Bu gün Şuşada Xarıbülbül Beynəlxalq Musiqi Festivalının musiqi sədaları bütün Qarabağa səs salır. Xankəndindəki ermənilər Şuşadan gələn musiqi və xoşbəxt sədaları eşitdikcə mənəvi əzab çəkirlər. Bu gün Qarabağın sürətli inkişafı və rifahını görən Uılu Öndərin ruhu şaddır. Azərbaycan nə qədər olacaqsa, Heydər Əliyev yaşayacaq və Ulu Öndərin siyasi kursu Azərbaycanı daha böyük zirvələrə qaldıracaq”.44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbənin əldə edilməsində başlıca rol oynadı: “Bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu. Bu gün isə işğaldan azad edilmiş gözəl Şuşamızda quruculuq-abadlıq işləri sürətlə davam edir”.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı