Analitika

Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir

Bu gün gənc nəslin düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlər əsasında formalaşması ölkə siyasətinin əsasə prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur, dünyaya parlaq günəş kimi yayılırlar. İstər 20-ci əsrdə, istərsədə 21-ci əsrdə Azərbaycan Respublikasının əsas hədəflərindən biri gənclərin dünya miqyasında tanınması və geniş nüfuza sahib olmasıdır.

Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətlərindən biri də güclü təhsil proqramı hazırlmaqla gəncləri müstəqil, vətəndaş və şəxsiyyət kimi formalaşdırmaqdır. Məhz bu gün də bu siyasi kurs uğurla davam etməkdədir.

Ulu öndər Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları hazırlandı. Qanunlar, fərman və sərəncamlar gənc nəslin müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət kimi formalaşmasına, zəruri bilik, bacarıq, vərdişlərə yiyələnməsinə müsbət təsir göstərmişdir.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni, müasir inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. “Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur” şüarı hər birimizin milli ideologiyasına çevrilmişdir.

Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz həmin müasir gənclikdir ki, 44 günlük vətən müharibəsində şücaət göstərərək 30 illik həsrətə son qoydu. Torpaqlarımızı erməni işğalçılarından azad etdi.

Cəfərzadə Cavid,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button