Analitika

Həmrəylik günü xalqımızı birləşdirən əsas dəyərlərdəndir

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. 31 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz arasında irtibat qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq üçün mühüm rol oynamaqdadır. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi xətti üzərində qurulmuşdur. Buda öz əvəzində bütün dünya azərbaycanlıları tərəfindən artıq bir mənəvi ehtiyaca çevrilmişdir. Bu istiqamətdə Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir. Hal hazırdada diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətli və dinamik formada inkişaf etməkdədir.

Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir. 44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsində yüksək fəallıq nümayiş etdiriblər.

Dövlət başçımız Cənab İlham Əliyevdə qeyd etmişdir ki “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq”. Xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Bu proseslər fonunda xaricdə yaşayan soydaşlarımızın digər xalqların icma və təşkilatları ilə əlaqələrinin möhkəmlənməsi də olduqca əhəmiyyətlidir. Dövlətimizin xarici siyasətində əsas istiqamətlərdən olan Azərbaycan həqiqətlərinin, Xocalı faciəsi dəhşətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır. Bu baxımdan Azerbaycan diasporasının işinin vacibliyini qeyd etmək lazımdır. Onların bu sistemli fəaliyyəti nəticəsində bu gün xaricdə böyük uğurlar əldə etmişik. Bu uğurlar bizə gələcəkdə də yeni imkanlar açacaq.

Subhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button