Analitika

Hazırda Serbiya Azərbaycanın əsas strateji tərəfdarları sırasındadır

Azərbaycan-Serbiya əlaqələri ildən ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir. Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının Serbiyanın paytaxtı Belqradda keçirilməsi Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirib. 44 günlük şanlı Vətən Müharibəsindən bu günə kimi işğaldan azad olunmuş  ərazilərdə sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu prosesə fəal şəkildə qatılmaq imkanına malikdir. Ümidvarıq ki, bu münasibətlər genişlənəcək. Azərbaycan Balkan ölkələrində hazırda enerji sahəsində müəyyən layihələri həyata keçirir. Bu istiqamətdə əməkdaşlıq Serbiya ilə də davam edəcək. Bu gün Avropa ciddi enerji böhranı ilə üz-üzədir. Buna görə də enerji məhsullarının idxalı məsələsində, eyni zamanda bir çox sahələr üzrə yeni bazarlar axtarışındadır. Bu məsələdə ən etibarlı tərəfdaş isə sözsüz ki Azərbaycandır. Bu baxımdan da Serbiya prezidenti bir daha vurğuladı ki, cənab prezident İlham Əliyev verdiyi hər bir sözü yerinə yetirib. Zaman keçdikcə Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Özəlliklə imzalanan yeni sazişlər iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq.Ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və Serbiya ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə böyük önəm verir.Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatla çıxışında ölkəmiz və Prezidentimiz haqqında dediyi xoş sözlər hər birimizdə qürur hissi yaratdı.Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button