Analitika

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarlarındandırlar. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb, yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır.

Bildirilib ki, biz Orta Dəhliz layihəsinin inkişaf perspektivlərini nəzərdən keçirdik. Bildiyiniz kimi, biz işlərimizi Azərbaycanla və Qazaxıstanla əlaqələndiririk ki, bu layihə ən səmərəli şəkildə icra edilsin. Buraya dəmir yollarının müasirləşdirilməsi, limanların inşası və genişləndirilməsi, avtomobil yollarının inkişafı və müasirləşdirilməsi daxildir. Bilirəm ki, Azərbaycan da bu istiqamətdə genişmiqyaslı işlərə başlayıb. Biz Gürcüstanda dəmir yollarının müasirləşdirilməsinə başlamışıq. Bu iş 2024-cü ilin sonunadək başa çatdırılacaq və onun yükdaşıma qabiliyyəti iki dəfə artırılacaq.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Mədəni-humanitar sahədə əməkdaşlığın dinamikası təqdir edilib. Bu əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, iki xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verir.Bununla yanaşı, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün hələ istifadə olunmamış geniş potensialın olduğu məmnunluqda qeyd edilib. Bu imkanların reallaşdırılması baxımından Baş nazirlərin həmsədrləri olduqları, birgə hökumətlərarası komissiya mühüm platforma kimi dəyərləndirilib. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik,  beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Biz iki dost,qardaş ölkəyik. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Əliyeva Zülfiyyə,
Xəzər rayonu, 121 saylı tam orta məktəbin  müəllimi                   

Oxşar Xəbərlər

Back to top button