AnalitikaGündəmSiyasət

Gürcüstan Respublikası ilə parlamentlərarası əlaqələr yüksək səviyyədədir

Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri  getdikcə daha da inkişaf etməkdədir. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirir və əməkdaşlığının dərinləşdirilməsinə birbaşa xidmət edir. Belə səfərlərdən sonuncusu 16 aprel 2025-ci il tarixdə baş tutan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə baş tutan rəsmi səfəridir.  Səfər zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə Gürcüstan Respublikasının Prezidenti cənab  Mixeil Kavelaşvili təkbətək görüş olmuş, eyni zamanda prezidentlər mətbuata birgə bəyanatla çıxış etmişlər.

Çıxışı zamanı ölkə başçımız cənab İlham Əliyev  əsrlər boyu xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamasını qeyd etmiş və bugün də dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi vurğulamışdır.

Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Bunu cənab prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdir:

“Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.”

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlər arasında da inkişaf edir. Hər iki ölkənin qanunverici orqanında işçi qruplar fəaliyyət göstərir. Vaxtaşırı Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, eləcə də digər deputatlarımızın gürcüstanlı həmkarlarımızla qarşılıqlı səfərləri və görüşləri olur. Bu da əlaqələrimizin yüksək xətlə inkişaf etməsindən və uğurlu parlament diplomatiyasından xəbər verir.

Tamerlan Qurbanov,
YAP Siyəzən RT-nın məsləhətçisi       

Oxşar Xəbərlər

Back to top button