AnalitikaGündəmSiyasət

Güclü ordunun təməlində xalqın etimadı dayanır

Azərbaycanın dövlətçilik tarixində ordu hər zaman xüsusi yertutmuşdur. Müstəqilliyin qorunması, ölkənin təhlükəsizliyinintəmin edilməsi milli maraqların müdafiəsi güclü SilahlıQüvvələrin mövcudluğunu zəruri edir. Bu baxımdanAzərbaycan Ordusu təkcə hərbi qurum deyil, həm dövlətimizin qüdrətinin xalqımızın iradəsinintəcəssümüdür.

Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətininən vacib istiqamətlərindən biri hesab edirdi. Onun fikrincə, ölkənin gələcəyi yalnız iqtisadi inkişafla deyil, həm vətəninisevən, onu qorumağa hazır olan gənc nəslin yetişdirilməsi iləbağlıdır. Bu səbəbdən gənclərin milli ruhda tərbiyə olunması, onlarda vətənə bağlılıq hissinin formalaşdırılması daim diqqətmərkəzində saxlanılmışdır.

Vətən sevgisi ilk növbədə ailədə, daha sonra məktəbdə cəmiyyətdə aşılanır. Gənclər tariximizi, qəhrəmanlarımızı milli dəyərlərimizi öyrəndikcə dövlətə bağlılıq hissi daha damöhkəmlənir. Belə bir tərbiyə gələcəkdə ordunun sıralarındaxidmət edən vəzifəpərvər, intizamlı peşəkar hərbçilərinyetişməsinə şərait yaradır.

Azərbaycan xalqı tarix boyu öz qəhrəman oğul qızları ilətanınıb. Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçənşəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayır. Onlarıngöstərdiyi qəhrəmanlıq nümunələri gənc nəslə vətənpərvərlikdərsi verir, dövlətə xidmət etməyin müqəddəs missiya olduğununümayiş etdirir.

Ordunun gücü yalnız silahlarla ölçülmür. Ən müasir texnikabelə yüksək mənəvi hazırlıq olmadan istənilən nəticəni verməyəbilər. Buna görə ordunun döyüş ruhu, əsgərlərin Vətənəsevgisi xalqın onlara olan inamı böyük əhəmiyyət daşıyır. Xalqın dəstəyini hiss edən hərbçi daha məsuliyyətli, dahaəzmkar daha qətiyyətli olur.

Azərbaycanın əldə etdiyi hərbi uğurlar xalqla ordunun qarşılıqlıetimadının nəticəsidir. Xüsusilə son illərdə ölkəmizin qazandığınailiyyətlər göstərdi ki, cəmiyyətlə Silahlı Qüvvələr arasındamöhkəm bağlar mövcuddur. Bu bağlar dövlətimizingüclənməsinə, milli birliyin daha da möhkəmlənməsinə xidmətedir.

Bu gün Azərbaycan Ordusu regionun ən hazırlıqlı güclüordularından biri kimi tanınır. Ordumuzun peşəkarlığı, müasirsilah sistemləri ilə təchiz olunması şəxsi heyətin yüksəkhazırlığı dövlətimizin təhlükəsizliyinin etibarlı təminatınaçevrilib. Lakin bütün bunlarla yanaşı, ordunun ən böyük dayağıxalqın ona olan sevgisi etimadıdır.

Müasir dövrdə hər bir vətəndaş ordunun güclənməsinə öztöhfəsini verməlidir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin yaşadılması, qazilərimizinqəhrəmanlığının təbliği milli birlik hissininmöhkəmləndirilməsi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın gələcək uğurlarının əsasında güclü dövlət, vətənpərvər xalq qüdrətli ordu birliyi dayanır. Bu dəyərlərqorunduqca ölkəmiz daha da inkişaf edəcək, millitəhlükəsizliyimiz etibarlı şəkildə təmin olunacaq Azərbaycandünya miqyasında öz mövqeyini daha da gücləndirəcəkdir.

Ordusuna güvənən xalq həmişə qalib olur. Azərbaycan xalqı daöz ordusuna inanır, onun uğurları ilə qürur duyur dövlətimizin qüdrətinin daha da artması naminə bu birliyigələcək nəsillərə ötürür.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button