Gəncliyin güclü olması dövlətimizin güclü olması deməkdir
Gənclər dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Milli mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi vacib faktorlardan biridir. Hal hazırda gənclər ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə siiyasətinin əsas tərkib hissəsidir. Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərin elmi və intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilmişdir. Müasir Azərbaycan gəncliyinin inkişafı yolunda Ümummilli Lider Heydər Əliyev bu fikirləri səsləndirmişdir. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət hər kəsi heyrətə gətirdi. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Hansı ki bu ordu sıralarında gənclərində töhvəsini danılmazdır. Gənclərin cəmiyyətin inkişafı və onun problemlərinin həllində rolunun, ölkənin gələcəyi naminə onların məsuliyyətinin artırılması, paytaxt və regionlarda yaşayan gənclərin nümayəndələri arasında fikir mübadiləsi üçün şəraitin yaradılması, gənclər təşkilatları ilə dövlət qurumları və hökümət strukturları arasında qarşılıqlı fəaliyyətin asanlaşdırılması məqsədilə 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forum müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həllində gənclərin fəal iştiraka hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə fəallaşmasına səbəb oldu. Bu forumlar çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai və siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı gənclərin problemləri və yeni layihələri, gənclərin idarəetmə sferasına cəlb edilməsi, gənclərin xaricdə təhsil layihələrinin dəstəklənməsi və həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunur, müvafiq qərarlar qəbul edilir. Bütün bunlar gənclərin problemlərinin bilavasitə həlli üçün böyük əhəmiyyət kəsb edir.
Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Cənab Prezident İlham Əliyev bu fikirləri səsləndirmişdir. “Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik”. Məhz bu fikirlərlə bütün Azərbaycan gəncliyi öz gələcək inkişafı üçün yol xəritəsi müəyyən etmiş oldu.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı