Analitika

Gənclik cəmiyyətin mühüm hissələrindəndir

Hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral – Gənclər Günü də gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyən edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev gəncliyə böyük ümid bəsləyib, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirib. Azərbaycanın gələcəyinin yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayan, “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan Prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”, deyən Ulu Öndər Azərbaycan gəncliyinə xitabən deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər. “Gənclər günü”nün yaddaşını Ulu Öndərin qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, eləcə də XXI əsrin qalib sərkərdəsi Prezident İlham Əliyevin dəmir iradəsi, zəfəri hədəfləyən siyasi manevrləri bəzəyir.

Ölkə rəhbərinin fəaliyyətində  hər zaman gənclərə etimad, onların potensial bacarıqlarına xüsusi güvən durur. Azərbaycanın indiki və gələcək həyatını yenidən şəkilləndirən, həmçinin beynəlxalq platformalarda ölkəmizin siyasi və hərbi imici haqqında yeni müsbət fikirlər formalaşdıran son hadisələr bir növ gəncliyimizin sınağı, böyük etimada qarşı həssaslığımızın reaksiyası kimi də qiymətləndirilə bilər. Bu sınaqdan Azərbaycan gəncliyinin, o cümlədən müzəffər ordunun sıralarında tarixi düşmənlərimizə qarşı mərdliklə vuruşan əsgərlərimizin üzüağ çıxmasının bünövrəsində hər nə qədər mübarizlik ruhu və iradəsi həlledici rola malik olsa da, bir o qədər də Ali Baş Komandana inam, eləcə də etimad və məsuliyyət tandemi xüsusi əhəmiyyət kəsb etmişdir.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button