Gündəmİdman

FİFA: Klublar yay “transfer pəncərəsi”ndə rekord məbləğdə pul xərcləyiblər

Cari ilin yay “transfer pəncərəsi”ndə klublar rekord məbləğdə pul xərcləyiblər.

“Aktualinfo.az” xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Yay “transfer pəncərəsi” iyunun 1-dən sentyabrın 2-dək, o cümlədən ABŞ-də keçirilən klublararası dünya çempionatı ilə əlaqədar iyunun 1-dən 10-a kimi xüsusi müddət də açıq olub.

Bu müddət ərzində kişilərin peşəkar futbolunda 12 000-dən bir qədər az beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekorddur.

Klubların transfer xərcləri 9,76 milyard dollara yüksəlib ki, bu da rekord göstəricidir. Cari rəqəmlər 2024-cü ilin eyni dövrünün məbləğlərini 50 %-dən çox üstələyib.

İngiltərə klublarının 3 milyard dollardan çox pul xərclədiyi qeyd edilir. Bu, milli assosiasiyalar arasında bütün zamanların rekordudur.

Oxşar Xəbərlər

Back to top button