
İspaniyanın “Real Madrid” komandasının futbolçusu Lukas Vaskes karyerasını Türkiyədə davam etdirəcək.
Aktualinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi “Fənərbağça” ilə razılıq əldə edib.
O, klublararası dünya çempionatından sonra La Liqa təmsilçisini tərk edəcək. Türkiyə klubu oyunçunu transfer haqqı ödəmədən heyətinə qatacaq.
Qeyd edək ki, Lukas Vaskes 18 ildir Madrid klubunun formasını geyinir.