Əzəli torpaqlarımızda iqtisadi quruculuğun yeni mərhələsi başlayır
44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi proqramı çərçivəsində Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub və hazırda bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən ölkə üzrə iqtisadi rayonlar yenidən təsnifatlandırılıb. O cümlədən, işğaldan azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birləşdirilib. Hər iki iqtisadi rayon üzrə iqtisadiyyatın inkişafının burada tarixən formalaşan ənənələrə uyğun şəkildə davam etdirilməsi nəzərdə tutulub. şğaldan azad edilmiş ərazilər 11 min kvadratkilometri əhatə edir. Bu, kifayət qədər geniş coğrafiyadır və dünyadakı ayrı-ayrı ölkələrin ərazisinə bərabərdir. Sözügedən ərazilərin perspektiv iqtisadi inkişafı barədə danışarkən burada müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı üçün mövcud olan böyük imkanları xüsusi qeyd etmək lazımdır. İşğaldan əvvəlki dövrdə bölgədə heyvandarlıq, taxılçılıq, baramaçılıq, pambıqçılıq, üzümçülük kimi gəlirli sahələr uğurla inkişaf etdirilirdi. Emin Hüseynovun sözlərinə görə, bu torpaqlarda qeyd edilən fəaliyyət sahələri yüksək məhsuldarlıqla mövcud olub. Eyni zamanda, heyvandarlıq da ərazilərdə inkişaf edib. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə sənaye də iqtisadiyyatın prioritet istiqamətlərindən biri kimi inkişaf etdiriləcək. İşğaldan azad olunmuş ərazilərin bərpası proqramına uyğun olaraq Şərqi Zəngəzur İqtisadi rayonunda Araz Vadisi İqtisadi Zonası, Qarabağ İqtisadi Rayonunda isə Ağdam Sənaye Parkı olacaq. Emin Hüseynovun bildirdiyinə görə, Ağdam Sənaye Parkı Ağdam şəhərində yerləşir və onun mobilizasiya sahəsi artıq hazırdır. “Ağdam Sənaye Parkının 9 rezidenti var və rezidentlər də artıq öz zavod və fabriklərini yavaş-yavaş tikməyə başlayırlar. Amma bu rezidentlərin sayı da getdikcə artacaq. Burada əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesi, tikinti materialları, müəyyən yeyinti və yüngül sənaye sahələrinin inkişafının prioritet olacağını qeyd etmək olar. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin yaradılmasına xarici şirkətlər də böyük maraq göstərirlər. Bunu diqqətə çatdıran Emin Hüseynov bildirib ki, xarici şirkətlərin iqtisadi layihələrə cəlb olunmasında onların fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqində imkanları nəzərə alınaraq ciddi seçim edilir. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin yaradılmasına xarici şirkətlər də böyük maraq göstərirlər. Bunu diqqətə çatdıran Emin Hüseynov bildirib ki, xarici şirkətlərin iqtisadi layihələrə cəlb olunmasında onların fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqində imkanları nəzərə alınaraq ciddi seçim edilir.Həmçinin,texnoloji yeniliklər Azərbaycana da bu formada sirayət edəcək və Azərbaycanda da bu sahələrdə yerli şirkətlər peyda olacaq. O halda artıq bu işləri yerli şirkətlər həyata keçirə biləcək. Hətta son illər ərzində görülən işlər nəticəsində Azərbaycanda artıq bir çox yerli şirkətlər yaranıb ki, indiyə qədər xaricdən aldığımız məhsulları Azərbaycanda istehsal etmək imkanına malikdirlər.
Sübhan Ərəbi,
YAP-ın fəalı