AnalitikaGündəmSiyasət

Etimad, tərəfdaşlıq və ortaq gələcək

Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyidövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi geniş bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin strateji mahiyyətini, dinamik inkişaf trayektoriyasını və regional əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, vurğuladığı məqamlar və verdiyi mesajlar göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir və bu münasibətlər regionun gələcək inkişafının əsas dayaqlarından biri kimi çıxış edir.

Tarixi kontekstdə yanaşdıqda, Azərbaycan Gürcüstanxalqları arasında əlaqələrin əsrlər boyu davam edəndostluq qardaşlıq ənənələrinə söykəndiyini görürük. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tarixibağlar müasir dövlətlərarası münasibətlər üçün möhkəmzəmin formalaşdırmışdır. Əsrlər boyu eyni coğrafiyadasülh qarşılıqlı hörmət şəraitində yaşayan xalqlarımızbu gün müstəqil dövlətlər kimi eyni prinsiplərə sadiqqalaraq əməkdaşlıqlarını davam etdirirlər. Bu baxımdan, iki ölkə arasındakı münasibətlərin inkişafı təsadüfi deyil, tarixi zərurətin qarşılıqlı maraqların məntiqinəticəsidir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutanməqamlardan biri Gürcüstanın əldə etdiyi uğurlarınyüksək qiymətləndirilməsi oldu. O, Gürcüstanın dinamikiqtisadi inkişafını, ölkədə formalaşmış müsbət investisiyamühitini siyasi sabitliyi xüsusi vurğuladı. Bu yanaşma, bir tərəfdən, dost ölkəyə verilən yüksək qiymətingöstəricisi, digər tərəfdən isə regionda sabitliyin inkişafın qarşılıqlı şəkildə bir-birini tamamladığınıgöstərən mühüm siyasi mesajdır. Çünki müasir dünyadaiqtisadi inkişafın əsas şərti kimi çıxış edən siyasi sabitlikGürcüstanda mövcuddur bu da ölkəni investorlar üçüncəlbedici məkana çevirir.

Azərbaycan investorlarının Gürcüstana artan marağı da bu reallığın bariz göstəricisidir. Prezident İlham Əliyevinqeyd etdiyi kimi, Azərbaycan tərəfindən Gürcüstaniqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayəqoyulmuşdur ki, bu da iki ölkə arasında iqtisadiinteqrasiyanın dərinləşdiyini sübut edir. Bu investisiyalaryalnız iqtisadi göstərici deyil, həm qarşılıqlı etimadın, uzunmüddətli tərəfdaşlığın strateji baxışıntəzahürüdür. Üstəlik, gələcəkdə üçüncü ölkələrdə birgəinvestisiya layihələrinin həyata keçirilməsi perspektivi ikiölkənin əməkdaşlığının coğrafiyasının daha da genişlənəcəyindən xəbər verir.

İkitərəfli ticarət əlaqələrinin inkişafı da diqqətəlayiqdir. 800 milyon dollardan artıq ticarət dövriyyəsi artımdinamikası göstərir ki, Azərbaycan-Gürcüstan iqtisadimünasibətləri sabit davamlı inkişaf xətti üzrə irəliləyir. Bu dinamika onu deməyə əsas verir ki, yaxınperspektivdə ticarət dövriyyəsinin 1 milyard dollaraçatması real mümkündür. Bu isə öz növbəsindəiqtisadi əlaqələrin daha da şaxələndirilməsi yeniəməkdaşlıq sahələrinin yaranması üçün geniş imkanlaraçır.

Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulananistiqamətlərdən biri enerji əməkdaşlığı oldu. Azərbaycan uzun illərdir ki, regionun Avropanın enerjitəhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır bu prosesdə Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan boru kəməri Cənub Qaz Dəhlizikimi qlobal əhəmiyyətli layihələr iki ölkəninəməkdaşlığının zirvəsini təşkil edir. Bu layihələr yalnıziqtisadi deyil, həm geosiyasi baxımdan mühüməhəmiyyət daşıyır, çünki onlar regionda enerjimarşrutlarının şaxələndirilməsinə enerjitəhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Enerji layihələri ilə yanaşı, nəqliyyat sahəsindəəməkdaşlıq da strateji əhəmiyyət kəsb edir. Azərbaycan Gürcüstanın birgə səyləri nəticəsində formalaşan OrtaDəhliz bu gün Avrasiya məkanında mühüm nəqliyyatarteriyasına çevrilmişdir. Bu dəhliz vasitəsilə Şərq iləQərb arasında yük daşımalarının həcmi sürətlə artır buproses hər iki ölkənin iqtisadi potensialını daha da gücləndirir. Nəqliyyat infrastrukturunun genişləndirilməsiistiqamətində görülən işlər göstərir ki, Azərbaycan Gürcüstan bu sahədə uzunmüddətli strateji planlaramalikdir.

Regional təhlükəsizlik məsələləri Prezident İlhamƏliyevin bəyanatında mühüm yer tutdu. O, qeyd etdi ki, bu gün Cənubi Qafqazda yeni reallıqlar formalaşır region ölkələri bu imkanlardan maksimum istifadəetməlidir. Uzun illər münaqişələr gərginliklərlə yaddaqalan regionun bu gün sülh əməkdaşlıq məkanınaçevrilməsi istiqamətində atılan addımlar xüsusiəhəmiyyət daşıyır. Bu prosesdə Gürcüstanın rolu dayüksək qiymətləndirildi ki, bu da regional əməkdaşlığıninklüziv xarakter daşıdığını göstərir.

Azərbaycan ilə Ermənistan arasında sülh prosesinətoxunan Prezident İlham Əliyev vurğuladı ki, sülhünmöhkəmləndirilməsi üçün yalnız sənədlərin imzalanmasıkifayət deyil, real əməkdaşlıq mexanizmləriformalaşdırılmalıdır. Bu baxımdan, ticarət əlaqələrinininkişafı mühüm rol oynaya bilər. Gürcüstanın bu prosesdətranzit vasitəçi kimi oynadığı rol xüsusi qeyd olundu bu, üçtərəfli əməkdaşlıq perspektivlərininmövcudluğunu göstərir.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək Azərbaycan-Gürcüstan münasibətlərinin mühümkomponentlərindən biridir. Prezident İlham Əliyevinvurğuladığı kimi, iki ölkə hər zaman bir-birininsuverenliyini, ərazi bütövlüyünü sərhədlərinintoxunulmazlığını dəstəkləmişdir bu siyasət gələcəkdə davam etdiriləcəkdir. Bu prinsipial mövqe beynəlxalqhüququn əsas prinsiplərinə sadiqliyin göstəricisi olmaqlayanaşı, iki ölkə arasında siyasi etimadın yüksək səviyyədəolduğunu təsdiqləyir.

Humanitar mədəni əlaqələr bu münasibətlərinayrılmaz hissəsidir. Azərbaycan Gürcüstan xalqlarıarasında mövcud olan tarixi dostluq münasibətləri bu gün müxtəlif sahələrdə əməkdaşlıq vasitəsilə daha damöhkəmləndirilir. Təhsil, mədəniyyət turizmsahələrində həyata keçirilən layihələr xalqlar arasındaqarşılıqlı anlaşmanı gücləndirir bu da siyasimünasibətlərə müsbət təsir göstərir.

Prezident İlham Əliyevin bəyanatında səsləndirilənfikirlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli dinamik xarakterdaşıyır. Bu münasibətlər yalnız iki ölkənin millimaraqlarına xidmət etmir, eyni zamanda regionunsabitliyi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmət, etimad ortaq maraqlar üzərindəqurulan bu əməkdaşlıq modeli digər ölkələr üçün nümunə kimi çıxış edə bilər.

Yekunlaşdırsaq qeyd edə bilərik ki, Prezident İlhamƏliyevin Gürcüstana dövlət səfəri mətbuata verdiyibəyanat Azərbaycan diplomatiyasının uğurlu nümunəsiolmaqla yanaşı, regionda yeni əməkdaşlıq mərhələsininbaşlanğıcını ifadə edir. Bu səfər göstərdi ki, Azərbaycan Gürcüstan gələcəyə inamla baxan, strateji baxışa malik qarşılıqlı faydalı əməkdaşlığı prioritet hesab edənölkələrdir. Mövcud dinamika əldə olunan nailiyyətlərdeməyə əsas verir ki, Azərbaycan-Gürcüstanmünasibətləri bundan sonra da yüksələn xətlə inkişafedəcək regionun sabitliyinə, təhlükəsizliyinə rifahına mühüm töhfələr verəcəkdir.

Zahid Cəfərov,
Hüquq elmləri doktoru, professor

Oxşar Xəbərlər

Back to top button