Analitika

Əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz

Qarabağ müharibəsinin ikinci mərhələsi bir tərəfdən Ermənistan və digər tərəfdən Azərbaycan arasında bir aydan çox davam etdi. Həm regional, həm də qlobal güc mərkəzləri münaqişədə böyük rol oynayırdı. Bu müharibədə əhəmiyyətli rol oynayan ölkələrdən biri də İsrail idi.

Hərbi əməliyyatlar başlayandan bəri İsrail rəhbərliyi rəsmi olaraq hər iki tərəfə heç bir rəsmi dəstək vermədən bərabər mövqe tutmağa davam edirdi. Xüsusilə, Ermənistan prezidenti Armen Sarkisyanla İsrail prezidenti Reuven Rivlin arasındakı telefon danışığı zamanı İsrail tərəfi Azərbaycanla əməkdaşlığının heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini bildirmişdi.

İsrail-Azərbaycan münasibətlərinin inkişafı ilə Yəhudi dövləti Cənubi Qafqazda potensial bölgədən kənar bir oyunçuya çevrilir. İsrailin “Yeni Periferik Strategiya” adlanan sənədinə görə xarici siyasət konsepsiyası təhlükəsizlik ittifaqlarının qurulmasına əsaslanır. İran bu baxımdan əhəmiyyət daşıyır. İsrail ilə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsində olması bununla izah olunur.

Qeyri-prioritet olaraq İsrailin Qarabağ bölgəsindəki son gərginləşmə zamanı izlədiyi maraqlarını aşağıdakı qruplara ayırmaq olar. Birincisi, İsrail silahlarını idxal edən ölkələr arasında lider mövqedə Azərbaycan, müqavilə öhdəliklərini vicdanla yerinə yetirdi. Bu baxımdan Təl-Əviv tərəfdaşının həlledici bir dövrdə ehtiyaclarını gözardı edə bilməzdi. Müharibə zamanı yuxarıda göstərilən tədarüklər artıq imzalanmış müqavilələr və ya Azərbaycan tərəfinin müharibəyə hazırlaşmasından əvvəl bağlanmış yeni bir müqavilə üzrə öhdəliklərin icrası ola bilərdi. Müasir İsrail silahlarının yüksək səviyyədə nümayişi əlbəttə ki, dünya bazarında tələbatı artıra bilər.

İkincisi, Qarabağdakı hadisələr iki nizami ordu arasında son on illərdəki ilk genişmiqyaslı toqquşmalar idi. Nəticə etibarı ilə bu qarşıdurma İsrail üçün döyüş əməliyyatları zamanı silahlarını sınaqdan keçirmə üçün misilsiz bir fürsət yaratmışdı. Bu, xüsusilə “şimal cəbhəsində” vəziyyətin kəskinləşməsi gözləntisi ilə aktiv hazırlıq şəraitində əhəmiyyət kəsb edir.

Üçüncüsü, müharibənin nəticəsi İsrailin bu müharibədən qazanan tərəflərdən birinə çevrildiyini göstərir. Bu, təkcə Bakının İsrail silahlarının tədarükü üçün yeni müqavilələr imzalaması ilə deyil, həm də Təl-Əvivin Azərbaycandakı mövqelərini daha da möhkəmləndirmək üçün pozitiv perspektivləri ilə əlaqədardır.

Azərbaycan və İsrail əməkdaşlığında yəhudi icmalarının böyük əhəmiyyəti vardır. Hazırda Azərbaycan Respublikasında yaşayan yəhudilərin çoxu respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərirlər. Bakıda tanınmış yəhudilərin Nobel mükafatı laureatı, fizik Lev Landaunun, respublikanın əməkdar həkimi Soloman Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun və başqalarının yaşadıqları binalarda memorial lövhələr mövcuddur.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş yəhudi dini icmaları bunlardır: Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Gürcüstan Yəhudilərinin Bakı dini icması, Azərbaycan Yəhudiləri dini icması, Oğuz şəhəri Yəhudi dini icması, Bakı şəhəri “Yerusəlimin işığı” yəhudi dini icması.

Yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılırlar. Respublikada Azərbaycan-İsrail Dostluğu mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər-iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir.

1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr cəmiyyəti təsis edilib, bu cəmiyyət “Az-İz” abreviaturalı qəzet nəşr etməyə başlayıb. 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulub. Dini ibadətlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün Avropa yəhudilərinə bütün lazımi şərait yaradılıb.

Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.

Zeynalova Türanə,
Xəzər rayonu,262№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button