
Son dövrlərdə Ermənistanın regional nəqliyyat və tranzit potensialının azaldığı müşahidə edilir. Bir zamanlar Cənubi Qafqazın mühüm tranzit ölkəsi kimi görülən Ermənistan indi bu mövqeyini itirmək təhlükəsi ilə üz-üzədir. Rəqiblər və regional siyasət faktorları bu şansın sıfıra yaxınlaşmasına səbəb olur.
Əsasən Zəngəzur dəhlizi kimi böyük infrastruktur layihələrinin həyata keçirilməsi, qonşu ölkələrin tranzit yollarını diversifikasiya etməsi Ermənistanın mövqeyini zəiflədir. Alternativ marşrutların inkişafı, yük və sərnişin axınının başqa istiqamətlərə yönəlməsi, Ermənistan üçün ciddi rəqabət şəraiti yaradır.
Bununla yanaşı, Ermənistanın daxili siyasi və iqtisadi problemləri, regional əməkdaşlıqdan kənarda qalması tranzit imkanlarını daha da məhdudlaşdırır. Xarici investisiyaların azlığı və kommunikasiya xətlərinin blokadada olması ölkənin tranzit statusunu ciddi təhlükəyə atır.
Nəticədə, Ermənistanın tranzit ölkə kimi gələcəkdə önəmli rol oynamaq şansı çox zəifdir. Bu vəziyyət regional balansı dəyişdirir və Azərbaycanın nəqliyyat arteriyalarının strateji üstünlüyünü artırır. Ermənistanın vəziyyəti onu yeni yanaşmalar axtarmağa məcbur edir.
Xəyal Rzazadə
YAP Xəzər rayon təşkilatının fəalı