Gündəm
“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə hazırıq”
“İrəvan Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüşdən imtina etmir”.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Biz belə bir görüşə hazırıq və dünən bu barədə Rusiya Prezidenti Vladimir Putinlə də danışdıq. Ermənistanın XİN rəhbərinin Moskvaya səfəri zamanı bu məsələ müzakirə ediləcək”, – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Paşinyan ölkənin XİN rəhbəri Ararat Mirzoyanın yaxın zamanlarda Rusiyaya səfər edəcəyini açıqlayıb.