Analitika

Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması sabit Cənubi Qafqazın qurulmasının açarıdır

Dövlətimizin başçısı televiziyaya verdiyi müsahibədə davamlı olaraq inkişaf edən, çiçəklənən, əmin-amanlığın, sabitliyin dərin kök saldığı, ərazi bütövlüyü bərpa olunan, qüdrətli Azərbaycanımızdan inamla və qürurla danışdı. ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur. Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu vurğulayıb. Bu məqsədlə qarşı tərəfə qarşılıqlı məqbul məkanın seçilməsini və ya dövlət sərhədində görüş keçirilməsini təklif edib. Qarabağda keçirilən antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanması üçün imkanlar daha da yaxşılaşıb. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərin yaradıldığını qeyd edən dövlətimizin başçısı müsahibədə deyib: “Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq”. Bunlarla yanaşı Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlər, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu. Ən önəmlisi odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il beş şəhərə – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış reallaşacaq. Həmçinin bir sıra kəndlərə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı məsələyə də münasibət bildirməklə yanaşı Qərbi Azərbaycan torpaqlarının Ermənistana verilməsi tarixinə də toxunub. Möhtərəm prezident müsabəsində bildirib ki, “XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb. 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button