Analitika

Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı deyib.Dövlətimizin başçısı bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bizdə bir neçə platforma var. Onlardan biri belə adlandırılan Brüssel formatıdır.Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik. Bu gün Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə də biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik. Fikrimcə, hamı başa düşür ki, bu, yalnız Aİ, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır”. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır.Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir”. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir.Gözləniləndir ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsipin tətbiq ediləcək”.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button