Analitika

Ermənistan Azərbaycan ərazisində ekoloji terrora son qoymalıdır!

Artıq neçə gündür ki, Azərbaycanın ictimai liderləri və media nümayəndələri Qarabağın Xankəndi yolunda  sülhməramlı kontingentinin yerləşdiyi ərazidə ekoloji terrora yox adlı aksiya keçirir. Məqsəd, Azərbaycanın ərazisi olan Xankədidə təbii sərvətlərinin ermənilər tərəfindən talan edilməsinin qarşısını almaq və Azərbaycan ərazisində ekoloji terrora son goymaqdır! Vətəndaş cəmiyyətinin liderləri haqlı olaraq tələb edirlər ki, Azərbaycanın dövlət nümayəndələri qısa bir zamanda Xankəndini nəzarətə götürsün və vətənimizdə ekoloji terrora son qoyulsun. Rus sülhmaramlıları bu prossesin həyata keçirilməsində Azərbaycanın dövlət nümayəndələrinə dəstək olmalıdırlar!!!

Azərbaycan ekoloqlarının, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin Şuşa-Laçın yolundakı etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır .

Ermənistan hakimiyyətinin sözügedən etiraz aksiyasını yanlış yöndən şərh etmə cəhdləri,  Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhranla üzləşməsi haqqında “iddia”ları əbəsdir, heç bir həqiqəti əks etdirmir. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışı, qanunsuz istismarın dayandırılmasını, ümumən müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ekologiyaya, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini, dəymiş zərərlərin nəticələrinin mümkün qədər qısa müddət içində aradan qaldırılmasını istəyir.

Azərbaycan dövləti Laçın yolunu bağlamayıb, tam tərsinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa, mehriban qonşuluğa xidmət üçün istifadəyə verib.  Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq; tam tərsinə, Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetiriməmiş, özəlliklə IV bəndə zidd şəkildə erməni silahlı birliklərini hələ də bizim ərazilərdən çıxarmamış, VI bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Üstəlik, bəyanatın daha bir bəndi – IX bənd üzrə öhdəliyinə zidd olaraq, Ermənistan bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətmişdir.

Həmidə Ələfsərova,
Kimya-Biologiya Təmayüllü Respublika liseyinin həkim-pediatrı

Oxşar Xəbərlər

Back to top button