Ermənilər nə qədər çalışsa da, tarixi torpaqlarımızdakı izlərimizi silə bilməyəcəklər
Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Əgər digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər ki, məqsəd Ermənistanın “təmizlənməsi” idi. Ermənistanın bütün toponimini də təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Kobinetinin çoxlu saylda sərəncamları ilə 2 mindən çox ad dəyişdirildi. Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması sənəd üzərində nəzərdə tutulsa da, bu həyata keçirilməmiş və ya çox zəif şəkildə həyata keçirilmişdir. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerini iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilmişdir. Sənəd üzərində könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə bəzən zorakılıqla həyata keçirilmişdir, çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmamışdır.
Cənab Prezident İlham Əliyevin dediyi kimi: “XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”. Lakin elə olmaycaq biz öz dədə-baba yurdumuza gec-tez qayıdacağıq!
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı