AnalitikaGündəm

Erməni vandallarının deportasiya dalğası görkəmli şəxsiyyətlərimizdən də yan keçməmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan xalqının görkəmli aşığı, şeirləri ilə yaddaşlarda iz qoyan böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər. Böyük sənətkarın zəngin irsi hər zaman dövlətimizin və xalqımızın diqqət mərkəzində olmuşdur. Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən imzalanmışiki sərəncamdan biri əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev dahi sənətkarın ömür yoluna nəzər salmış, Azərbaycanın qədim diyarı olan Göyçə mahalında doğulub böyümüş və uzun ömrünün çox hissəsini öz doğma yurd-yuvasında yaşamış aşığın ömrünün ahıl çağında – 97 yaşında yurdunu tərk etməyə məcbur qaldığını söyləmişdir. 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Göyçə mahalı da erməni vandallarının vəhşiliyinə məruz qalmış, insanlar öz doğma yurdlarından çıxarılmışdır. Bu, XX əsrdə azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiyası idi. Qonşu rayonlara sığınan bir çox soydaşlarımız kimi Aşıq Ələsgər də ailəsi ilə birlikdə Kəlbəcər rayonuna köçmüşdür. Ancaq Vətən sevgisi, Vətən həsrəti şairi rahat buraxmır. “Arsız aşıq elsiz niyə yaşadı, ölsün Ələsgərtək qulların, dağlar!” – deyən Ələsgər bütün təhlükələrə baxmayaraq üç il sonra Göyçəyə geri qayıdır. Təəssüf ki, hələ bundan sonra da Qərbi Azərbaycan diyarı iki böyük deportasiyaya məruz qalacaq, dinc əhali öz yurd-yuvasından qovulacaqdı.

Cənab Prezident öz çıxışında onu da qeyd etdi ki, hələ 1970-ci illərdə Uu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir və bu yubiley münasibəti ilə doğma Ağkilsə kəndində aşığın abidəsi ucaldılmışdır. Lakin erməni vandalları bu abidəni də dağıtmışlar. Bu nə ilk, nə də son dağıdılmış abidə idi. Qarabağda, Şərdi Zəngəzurda bir çox abidələrimiz, məscidlərimiz,qəbiristanlarımız bu vandalizmin qurbanına çevrildi. Sonra Prezident İlham Əliyev bu gün Qarabağda yaşamamış, lakin o torpaqlara qayıtmaq ümidi ilə yaşayan soydaşlarımızın timsalında Qərbi azərbaycanlı soydaşlarımızın da bir gün öz doğma yurd-yuvalarına qayıdacaqlarına böyük inamını ifadə etmişdir.

Daha sonra İlham Əliyev vurğulamışdır ki, Qarabağın işğal altında olduğu illər bu ədalətsizlik qarşısında bəzən ümidsizlik hisslərinə qapılsaq da, bu hissləri özümüzdən uzaqlaşdırır və anlayırdıq ki, heç kim bizim üçün ədaləti bərpa etməyəcək. Bunun üçün isə güclü olmalıydıq ki, səsimizi dünyaya çatdıra bilək. Biz bu gücü xalq-iqtidar birliyi ilə əldə etdik. Qarşılıqlı etimad və inam bizə qələbə qazandırdı. Bizə qarşı çevrilmiş bəzi dövlətlər və təşkilatlar bu inamın, bu iradənin qarşısında dura bilmədi. Sonda Cənab Prezident vurğulayıb ki, bu gün Qərbi azərbaycanlı soydaşlarımız da nikbinlik və ümid hissləri ilə yaşayırlar. Gün gələcək, Aşıq Ələsgərin dağıdılmış abidəsi yenidən bərpa olunacaq və biz belə bir tədbiri aşığın vətəni doğma Ağkilsə kəndində keçirəcəyik.

Cəfərova Ülviyyə,
Xəzər rayonu
, S.Abbasov adına 117 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button