GündəmSiyasət

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yaxından izləyirik”

“Türkiyə Əbu-Dabidə başlamış Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yaxından izləyir”.

Aktualinfo.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla telefon danışığında deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Qafqazda əmin-amanlığın təmin edilməsinə yönəlmiş səyləri dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button