Enerji məsələsi milli təhlükəsizliyimizin əsası kimi
Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı etmişdir. XXI əsrin ən böyük layihələrindən biri olaraq Cənub Qaz Dəhlizi ölkəmizin iqtisadi siyasətində xüsusi yer tutur. Dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına ev sahibliyi edirik. Ölkəmizin layihədə aparıcı rol oynadığını göstərən əsas amillərdən biridir.
Postmodernizm dövrünün əsas tələblərindən biri də dövlətlərin enerji təhlükəsizliyi məsələdir. Dövləti siyasətində bu məsələ xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə atılan addımlar Azərbaycana daha güclü gələcək vədd edir. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artmaqdadır. Bu səbəbdəndir ki, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar baş versə də, onu mümkün qədər tez başa çatdırmağı bacardıq. Bugün biz həmin layihənin genişlənməsi istiqamətində işimizi davam etdiririk. Cənub Qaz Dəhlizi artıq iki ildən çox vaxtdır ki, fəaliyyətə başlayıb. Bu gün TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında müzakirə aparırıq.
Enerji təchizatının davamlı şaxələndirilməsi zəruri bir haldır. Azərbaycan artıq buna hazırdır. Bu səbəbdəndir ki, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün ölkəmizin səlahiyyətindədir. Beləcə gün keçdikcə heyətimiz daha da böyüyür.Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum uğurlu əməkdaşlığımızın zəmanətidir. Davamlı əməkdaşlığı təmin edən bu memorandum xusüsi önəm veririk.Təbii qaz ixracı prosesi artmaqdadır. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan bu istiqamətdə nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycanda daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Layihələr gələcəyə doğru hesablanmalıdır. Təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcək. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavatdır. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır.
Konseptual məsələlərin öz həllini tapması istiqamətində də fəaliyyət qurulmalıdır. Hər bir iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olması, özəl şirkətlər necə cəlb olunması, bu kimibütün məsələlərrazılaşdırılmalıdır.Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq davamlıolmalıdır. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstanhökumətləri layihədə fəal iştirak edirlər. Bu layihələrdə davamlı dəstəyin olması sevindirici haldır.Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər. SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Aparıcı maliyyə qurumlarının layihəyə maraq göstərməsi önəmlidir.Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır.
Güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurla nəticələnmişdir. Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Hədəflərimiz böyük olduğu üçün səylərimiz daha da böyükdür.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi