Analitika

Əbədi qürur mənbəyi

Azərbaycan xalqı çoxəsrlik tarixin və ən yeni hərbi tarixin ən möhtəşəm hadisələrinin ildönümünü təntənəli şəkildə qeyd edir. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri, 44 günlük Vətən müharibəsi və zəfərli böyük qələbə Ali Baş Komandanın qəhrəmanlığı, Azərbaycan xalqının və milli ordumuzun qazandığı qələbə sayəsində gələcək nəsillər üçün əbədi sevinc mənbəyi olacaq, 30 ilə yaxındır işğal altında olan Vətənimizin əbədi və ayrılmaz hissəsi, dövrümüzün şücaətinin, qətiyyətinin, cəsarətinin və cəsarətinin vəsiyyəti. Qarabağ torpağı azad edildi. Bu qələbə sayəsində hörmətli Prezidentimizin və əfsanəvi “dəmir yumruq”əməliyyatının komandanlığı altında ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Baş Komandanın qətiyyəti, sarsılmaz siyasi iradəsi və barışmaz mövqeyi sayəsində dünya bir daha Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, Azərbaycan dövlətinin gücünün və Silahlı Qüvvələrimizin yenilməzliyinin şahidi oldu.

21 Dekabr 2023-cü il – hər bir azərbaycanlının, qəlbi Vətən eşqi ilə döyünən hər bir soydaşımızın, aylarla, illərlə Vətən həsrəti ilə alışıb yanan xalqımızın hər bir fərdinin  yaddaşında unudulmaz bir tarix kimi həkk olundu. Həmin gün bir vaxtlar seperatizmin və işğalın simvolu olan, bizlər üçün əlçatmazlıq rəmzinə çevrilən Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı.

Bu həqiqətən də, heç nə ilə müqayisə olunmayacaq qədər dəyərli və qürurverici idi. Ümumiyyətlə, son üç ilin demək olar ki, hər günü bizim üçün qürurla, fərəhlə xatırlayacağımız anlarla müşayiət olunub. Bunu bizə bəxş edən isə dövlətimizin başçısı İlham Əliyev cənablarıdır. İlham Əliyev hər atdığı addımla bir daha sübut edir ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilir.  Prezident İlham Əliyev də öz çıxışında belə demişdi: “Bakının MOİK və “Qarabağ” klubunun oyununun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!”.

Xankəndidə qürurlandıran bir mənzərə isə bu torpaqlar üçün canından keçən şəhidlərimizin ailələrinin, övladlarının ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində diqqət və qayğı ilə əhatə olunması idi. . Bu, bütün şəhid ailələrinə, onların yaxınlarına və ümumilikdə bütün Azərbaycan xalqına mesaj idi. Şəhid ailələri daim diqqət, qayğı və ehtiramla qarşılanacaq, dövlət dəstəyini ən yüksək səviyyədə hiss edəcəklər.

21 dekabr tarixi bundan sonra daima xüsusi sevinc və fərəhlə xatırlanacaq. Vaxtikən Xankəndi stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyərək xalqımızın heysiyyatına toxunmağa cəhd edənlər də şübhəsiz ki, bu günü əsla unutmayacaq. Bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq və azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaq!

Mətanət Cəfərova,
YAP- ın fəalı

Oxşar Xəbərlər

Back to top button