Analitika

Düşünülmüş və gələcəyə hesablanmış siyasətimiz nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi hər bir hədəfə zamanında nail olmağa əsas verir

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolundan, regionda və beynəlxalq münasibətlər sistemində artan rolundan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, eyni zamanda, müasir tariximizin yeni dövrünün çağırışlarından geniş bəhs etdi. Gününüzün əsas hədəflərindən biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması fonunda əlaqələrin coğrafiyasının daha da genişləndirilməsi, dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin bərpa edilməsidir. Azərbaycanın nüfuzunun artmasında, yerinin və rolunun möhkəmlənməsində əsas amil xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Cənab İlham Əliyev müsahibədə müəyyən xarici dairələrin Azərbaycana qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini də açıqladı. Azərbaycanın müasir tarixinin yeni dövrü başlayıb: “20 sentyabr tarixindən sonrakı dövrü əhatə edən bu yeni mərhələ özündə yeni hədəfləri ehtiva edir. Ölkəmiz hər zaman irəliyə doğru addımlamağı qarşısına əsas hədəf kimi qoyub. Bu gün ölkəmizin tarixi Zəfərimizin reallıqları əsasında dünyaya təqdim etdiyi yeni inkişaf modeli beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir.2024-cü ildə də bu  yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı  davam edəcək. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Həm bu ərazilərə qayıdan sakinlər üçün treninqlər keçirilir, həm də yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb.  İcra olunan infrastruktur layihələri bu il daha böyük sayda keçmiş köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışına geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, bu il keçmiş köçkünlər  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqlar. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.  Hədəf 140 min keçmiş köçkünün  yaxın üç il ərzində öz yurd-yuvasına qayıdışıdır. Göründüyü kimi, bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bütün bu işlər ölkəmizin daxili imkanları hesabına görülür. Düşünülmüş və gələcəyə hesablanmış siyasətimiz nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi hər bir hədəfə zamanında nail olmağa əsas verir.”

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button